/ / Samuxda Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin ildönümü münasibətilə tədbir keçirilib
Samuxda Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin ildönümü münasibətilə tədbir keçirilib
14.07.2026 [14:31]
İyulun 14-də YAP Samux rayon təşkilatında Samux rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü ilə əlaqədar “14 İyul 1969-cu il: Zirvəyə yüksəlişin başlanğıc tarixi” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdən öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, 1969-cu il iyulun 14-ü Azərbaycan tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Qeyd edib ki, məhz Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə ölkədə bütün sahələrdə genişmiqyaslı islahatların əsası qoyulmuş, milli dövlətçilik ənənələri möhkəmləndirilmiş, iqtisadi, sosial, elm, təhsil və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə edilmişdir.
Gündüz Bayramov vurğulayıb ki, Ulu öndərin müəyyən etdiyi dövlətçilik kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi və hərbi sahələrdə mühüm uğurlara imza atmış, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş, Azərbaycan regionun aparıcı dövlətinə çevrilmişdir.
Daha sonra tədbirdə iştirak edən Samux rayon İcra Hakimiyyəti Başçısının müavini- ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux şəhər Ağsaqqallar Şurasının üzvü Gəray Bayramov, Sərkar kənd ərazi partiya təşkilatının sədri Şəmistan Yusifov, Şəhid atası İlham Məmmədov, Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının direktoru Namiq Cəfərov və Ziyadlı kənd bələdiyyəsinin sədri İlqar Alıyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və müstəqil dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs ediblər. Bildiriblər ki, 14 İyul 1969-cu il Azərbaycanın inkişaf salnaməsində dönüş nöqtəsi olmaqla yanaşı, bugünkü güclü və qalib Azərbaycanın təməlinin qoyulduğu tarixi mərhələdir.
Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin gələcək nəsillər üçün mühüm məktəb olduğunu vurğulayaraq, onun ideyalarının yaşadılmasının və təbliğinin hər bir azərbaycanlının mənəvi borcu olduğunu qeyd ediblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

