Ağdaşda “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib
14.07.2026 [15:54]
Ağdaş rayon İcra Hakimiyyəti və YAP Ağdaş rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və bir qrup partiya fəalı Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Daha sonra tədbir YAP Ağdaş rayon təşkilatının konfrans zalında davam etdirilib. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxışında vurğulayıb ki, 1969-cu ildən sonra Azərbaycan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Respublikamızda yüzlərlə iri sənaye müəssisəsi tikildi, kənd təsərrüfatı sürətlə inkişaf etdi, yollar salındı, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları istifadəyə verildi. Tarix göstərdi ki, Heydər Əliyevin 1969-cu ildən başladığı inkişaf strategiyası Azərbaycanın dövlət müstəqilliyinin əsasını qoydu. Ə. Rəcəbov onu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyev irsini öyrənmək, dövlətçiliyimizi qorumaq və Vətənə sədaqətlə xidmət etmək hər bir Azərbaycan gəncinin müqəddəs borcudur.
Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova Ulu Öndər Heydər Əliyevin həm Sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqı üçün gördüyü işlərdən geniş bəhs edib. Aynur Novruzova bildirib ki, dahi şəxsiyyətin həyatı Azərbaycan xalqına həsr olunub.
Partiya fəallarından Tarıyel Günəşov, Vəfa Abdullayeva və Esmira Məmmədova çıxışlarında qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan davamlı olaraq inkişaf edib, bu gün isə Zəfər qazanmış ölkə olaraq dünyada tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti bundan sonra da uğurlara imza atacaq və xalqımızın tərəqqisi təmin ediləcəkdir.
Tədbirinin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

