Şuşadan dünyaya ünvanlanan mühüm mesajlar
15.07.2026 [16:31]
2026-cı il iyulun 13-də Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumu müasir informasiya məkanında baş verən qlobal dəyişikliklərin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biri kimi yadda qaldı. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi forum bir daha göstərdi ki, Azərbaycan artıq təkcə regionun deyil, həm də qlobal informasiya gündəliyinin formalaşmasına töhfə verən dövlətlər sırasındadır.
Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı xüsusi maraq doğurdu. Dövlət başçısı beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, media mühitində yeni çağırışlar, dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya və regionda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın mövqeyini aydın və əsaslandırılmış şəkildə beynəlxalq auditoriyaya çatdırdı.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri həqiqətə söykənən informasiya siyasətinin əhəmiyyətinin xüsusi vurğulanması idi. Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu baxımdan media nümayəndələrinin peşəkarlığı, obyektivliyi və məsuliyyəti cəmiyyətlərin düzgün məlumatlandırılması və beynəlxalq etimadın möhkəmləndirilməsi baxımından mühüm rol oynayır.
Şuşa şəhərinin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi isə xüsusi rəmzi məna daşıyır. Azərbaycan xalqının mədəniyyət paytaxtı olan Şuşa artıq təkcə tarixi və mədəni irsin deyil, eyni zamanda beynəlxalq dialoq, əməkdaşlıq və fikir mübadiləsinin mühüm mərkəzinə çevrilib. Burada keçirilən beynəlxalq forumlar Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin dünya ictimaiyyətinə nümayiş etdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev forumda çıxışı zamanı Azərbaycanın xarici siyasət kursunun əsas prioritetlərinə də toxunaraq bildirdi ki, ölkəmiz qarşılıqlı hörmətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan əməkdaşlığın tərəfdarıdır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələr, nəqliyyat və enerji dəhlizləri, iqtisadi əməkdaşlıq platformaları ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu daha da artırır.
Dövlət başçısının çıxışında media sahəsində süni intellektin tətbiqi, rəqəmsallaşmanın sürətlənməsi və informasiya manipulyasiyalarına qarşı mübarizənin gücləndirilməsi məsələlərinə toxunulması da müasir dövrün reallıqlarına verilən mühüm qiymət kimi dəyərləndirilə bilər. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda media nümayəndələrinin məsuliyyəti daha da artır və cəmiyyətlərin düzgün məlumatlandırılması qlobal sabitliyin vacib amillərindən birinə çevrilir.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi tanınır. IV Şuşa Qlobal Media Forumu da bir daha nümayiş etdirdi ki, ölkəmiz qlobal informasiya məkanında dialoqun təşviqi, həqiqətin müdafiəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir.
Şuşadan dünyaya ünvanlanan bu mesajlar Azərbaycanın artan beynəlxalq nüfuzunun, milli maraqlara əsaslanan müstəqil siyasətinin və gələcəyə hesablanmış inkişaf strategiyasının növbəti təsdiqi kimi tarixə düşdü. Bu baxımdan IV Şuşa Qlobal Media Forumu təkcə media sahəsinə həsr olunmuş beynəlxalq tədbir deyil, həm də Azərbaycanın müasir dünyada artan siyasi, diplomatik və informasiya gücünün nümayişi oldu.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

