Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakının bir sıra küçələrdə yol təmiri işlərinə başlanılır

Bakının bir sıra küçələrdə yol təmiri işlərinə başlanılır

16.07.2026 [09:22]

Paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə bir sıra küçələrdə təmir işlərinə başlanılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, iyulun 16-dan Nəsimi rayonu üzrə Ağadadaş Qurbanov küçəsində, Yasamal rayonu üzrə Şeyx Məhəmməd Xiyabani küçəsində, həmçinin Nizami rayonu üzrə Əliağa Kürçaylı küçəsində təmir işləri aparılacaq.

İyulun 17-dən isə Nizami rayonu ərazisində C.Naxçıvanski küçəsində (8-ci kilometr bazarının sağ və sol tərəfi), eləcə də Yasamal rayonu üzrə Ayna Sultanova küçəsində yol təmiri işlərinə start veriləcək.

Agentlikdən qeyd olunub ki, təmir işləri aparılan müddətdə işlərin gedişatına uyğun olaraq qeyd olunan yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq.

Sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və mümkün olduqda alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31