Siyasi iradədən doğan nəticələr
16.07.2026 [10:06]
Şuşada Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin birgə bəyanatları Azərbaycan-Slovakiya münasibətlərinin hazırkı inkişaf səviyyəsini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu. Səsləndirilən fikirlər göstərdi ki, son illərdə formalaşan qarşılıqlı etimad artıq konkret layihələr və davamlı siyasi dialoq vasitəsilə öz real nəticələrini verməyə başlayıb.
Azərbaycanın xarici siyasətində mühüm yer tutan prinsiplərdən biri etibarlı tərəfdaşlıq münasibətlərinin qurulmasıdır. Məhz bu yanaşma sayəsində ölkəmiz Avropanın müxtəlif dövlətləri ilə qarşılıqlı maraqlara əsaslanan əlaqələrini ardıcıl şəkildə genişləndirir. Slovakiya ilə münasibətlər də həmin siyasətin uğurlu nümunələrindən biri kimi diqqəti cəlb edir. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi, siyasi məsləhətləşmələrin müntəzəm xarakter alması və müxtəlif istiqamətlər üzrə dialoqun genişlənməsi bunun bariz göstəricisidir. 2024-cü ildə strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoydu. Ən vacib məqam isə ondan ibarətdir ki, bu sənəd qısa müddətdə praktik məzmun qazanmağa başlayıb. Müxtəlif sahələr üzrə əməkdaşlığın genişlənməsi, nümayəndə heyətlərinin fəal təmasları və konkret layihələrin icrası siyasi iradənin real nəticələrə çevrildiyini göstərir. Şuşada aparılan müzakirələr bir daha təsdiqlədi ki, tərəflər əməkdaşlığı yalnız siyasi dialoqla məhdudlaşdırmaq niyyətində deyillər. İqtisadi-ticari əlaqələrin genişləndirilməsi, energetika, hərbi-texniki əməkdaşlıq və digər istiqamətlər üzrə yeni imkanların dəyərləndirilməsi münasibətlərin çoxşaxəli xarakter aldığını nümayiş etdirir. Bu yanaşma qarşılıqlı maraqlara söykənən uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
Münasibətlərin diqqət çəkən istiqamətlərindən biri də Qarabağın bərpası prosesində əməkdaşlıqdır. Xarici şirkətlərin bu prosesə cəlb olunması Azərbaycanın həyata keçirdiyi yenidənqurma siyasətinə beynəlxalq inamın artdığını göstərir. Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Slovakiya şirkətləri tərəfindən həyata keçirilən bu layihə həm müasir yaşayış modelinin formalaşdırılması, həm də beynəlxalq əməkdaşlığın praktik nəticələrinin nümayişi baxımından diqqətəlayiqdir.
Cənab Prezident İlham Əliyevin bəyanatında səsləndirilən fikirlərdən aydın görünür ki, Azərbaycan ikitərəfli münasibətlərin inkişafında konkret nəticələrə üstünlük verir. Məhz buna görə də müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi, yeni layihələrin reallaşdırılması və müntəzəm siyasi dialoqun davam etdirilməsi gələcək fəaliyyətin əsas istiqamətləri kimi müəyyənləşdirilir. Şuşadan verilən mesajlar göstərdi ki, Azərbaycan ilə Slovakiya arasında formalaşmış tərəfdaşlıq təsadüfi deyil, düşünülmüş siyasi xəttin və qarşılıqlı etimadın məntiqi nəticəsidir. Bu münasibətlərin möhkəm siyasi əsaslara söykənməsi isə qarşıdakı dövrdə əməkdaşlığın daha da genişlənəcəyinə və yeni uğurlu layihələrlə zənginləşəcəyinə ciddi əsas verir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 14:37
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01

