/ / Fransa-Almaniya Tədqiqat İnstitutunun real istifadə şəraitində elektromaqnit “Railgun” topundan ilk uğurlu atəşi
Fransa-Almaniya Tədqiqat İnstitutunun real istifadə şəraitində elektromaqnit “Railgun” topundan ilk uğurlu atəşi
16.07.2026 [21:23]
Dünyanın bir çox ölkəsi elektromaqnit top texnologiyasına sahib olmağa çalışdığı bir vaxtda, Fransa-Almaniya Birgə Tədqiqat İnstitutu (ISL) bu istiqamətdə mühüm mərhələni geridə qoyub.
AZƏRTAC xəbər verir ki, institut ilk dəfə real istismar şəraitinə yaxın ssenaridə elektromaqnit “Railgun” topundan uğurlu atəş həyata keçirib. Bu texnologiya təhlükəsiz məsafədən hədəfləri vurmağa və bunu raketlərlə müqayisədə daha aşağı xərclə etməyə imkan verə bilər.
Fransa-Almaniya Birgə Tədqiqat İnstitutunun həyata keçirdiyi Avropanın “Railgun” sisteminin sınağı elektromaqnit topun real döyüş şəraitinə yaxın mühitdə imkanlarını qiymətləndirmək məqsədi daşıyıb. Ənənəvi toplardan fərqli olaraq, bu sistemdə mərmini hərəkətə gətirmək üçün barıt və ya digər kimyəvi yanacaqdan istifadə olunmur. Elektromaqnit sahəsi iki rels arasında yerləşən mərmini yüksək sürətlə hərəkətə gətirir. Bu xüsusiyyət sistemə kimyəvi iz buraxmadan işləmək və mərminin trayektoriyasını daha çevik şəkildə idarə etmək imkanı verir. 2000 m/s-dən yüksək sürət və 200 kilometrdən artıq məsafə “Railgun” texnologiyasının əsas üstünlüklərindən biri mərminin yüksək çıxış sürətidir. Sistem mərmini saniyədə 2000 metrdən artıq sürətlə buraxmaq və 200 kilometrdən çox məsafəyə çatdırmaq üçün hazırlanıb. Bu sürət uçuş vaxtını əhəmiyyətli dərəcədə azaldır və atışın qiymətini ənənəvi artilleriya sistemləri ilə müqayisədə aşağı sala bilər.
Bu texnologiya hazırda böyük güclər arasında gedən strateji və texnoloji yarışın bir hissəsidir. ABŞ, Çin və Yaponiya da daxil olmaqla bir sıra ölkələr uzun illərdir elektromaqnit top sistemlərinin hazırlanması üzərində çalışırlar. Hipersürətli raketlərə qarşı müdafiə vasitəsi gələcəyin müdafiə sistemlərindən biri kimi qiymətləndirilən bu elektromaqnit top əsasən hərbi gəmilərdə yerləşdirilmək üçün nəzərdə tutulur. Onun əsas məqsədlərindən biri yüksək sürətli, o cümlədən hipersəs raketlərinə qarşı mübarizə aparmaqdır.
ISL-in elektromaqnit silah sahəsində araşdırmaları davam edir. Son illərdə Fransa-Almaniya Birgə Tədqiqat İnstitutu elektromaqnit buraxıcı sistemi PEGASUS və RAFIRA top layihəsi üzərində çalışmalar aparıb. “Railgun” sistemindən həyata keçirilən ilk uğurlu atış bu tədqiqatların yeni mərhələsi hesab olunur.
Bu layihə iki il əvvəl başladılan “Sərbəst uçuşlu rels topu” proqramının bir hissəsidir və elektromaqnit sürətləndirmə texnologiyaları üzrə aparılan elmi işlərə əsaslanır.
İnstitut bildirib ki, bu sınaq elektromaqnit top texnologiyasının gələcək hərbi tətbiqləri üçün mühüm addımdır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

