“Qəliz” dil
18.07.2026 [08:38]
Sənin mətnin, mənim mətnim keçilməz hədd ola bilər.
Sİ (Süni İntellekt) bunu yaxşı bilir. Əmək bazarında Sİ üçün idrakın keçilməz həddi məhz qəliz dil olacaq. İstər şifahi, istərsə də yazılı dil. Bəlkə də, bu dili götürüb dağlara qaçan primitiv insan Sİ-nin amansız təqiblərindən qurtulmağa çalışacaq. Tutaq ki, Sİ onu əsir götürdü və sirləri öyrənməyə çalışdı. Hansı sirləri və necə öyrənəcək? Axı hər dilin öz şifrə qatı var. Dərinə getdikcə qəlizləşən qatlar. Bax bunu necə çözəcək, əlahəzrət Sİ?
Neyro-linqvistika məhz bunu araşdırıb bir tərəfə çıxarmağa çalışır. İllərdir, elmin ən irəlidə gedən sahəsi kimi sürətlə, maraqla, yeni mesajlarla inkişaf edir - gah tibbə yönəlir, gah biotexnologiyalara. Əslində isə axtarılan ləl-cəvahiratdır - dildir ki, dil. Qəliz mətnlərin İT texnologiyalara transformasiyası, Sİ-yə inteqrasiyasıdır.
Əsas istiqamətlər (məsələn, bu ilin yaz aylarında Avstraliyada geniş müzakirə edilən məsələlər) dil və nitq proseslərinin beyində necə kodlaşdırıldığını açmaq, Böyük Dil Modellərinin (LLM) işləmə prinsiplərini Sİ-nin təməl sütununa çevirərək multimodal düşüncə sistemləri yaratmaq, maşınla insanın qarşılıqlı əlaqəsini qurmaq, eyni zamanda qlobal dil müxtəlifliyini dəstəkləyən, daha dərindən düşünən, ünsiyyət quran və başa düşən sistemlər qurmaq .
Görəsən, yuxarıdakı tapşırıqların öhdəsindən gələ bilməsələr, nə edəcəklər? Bəlkə, yol sadədir: bütün dilləri SADƏLƏŞDİRMƏK lazım olacaq? Primitiv düşüncə tərzi yaradılacaq? Ki, buna doğru gedirik...
Demirəm ki, Sİ-nin tələsindən qaçmaq üçün mütləq qəliz yazın. Onsuz da bizim əvəzimizə məzmun yaradıcı proqramlar mövcuddur. Bu proqramlar indiyədək mövcud olan təsəvvürlərimizi və linqvistik nailiyyətlərimizi səliqəli şəkildə ipə düzüb özümüzə satır. Nəşriyyatlar üçün redaktə, korrektə proqramları hazırlayır. Bəs görəsən, “Dədə Qorqud” dastanının əski versiyasından və ya Mövlud Süleymanlının romanlarından yaradılan süni məzmun necə olardı?
Belə görünür ki, “Mədəniyyət -2040” konsepsiyası “qəliz” mətnlərimizi, şifrəli düşüncə tərzimizi, “neyrolinqvistik tənliklərimizi” mədəni irs kimi datalaşdırmalı, göz bəbəyi kimi qoruyub saxlamalıdır. Mətnlərin öyrənilməsi, “dil oyunları” ayrıca bir sahə kimi akademik səviyyədə araşdırılıb, amma sistemli şəkildə Sİ-yə necə inteqrasiya ediləcək?
Primitivləşdirmə ilə bitsə yaxşıdır, bir də gördün, Sİ bütün bu dillərin bazasında yeni bir dil yaratdı? Tarix və sivilizasiya üçün bu “hoqqabazlıq”lar xarakterikdir. Heç olmasa, əldə qəliz, dərin, öz səmasında qanad çalıb uçan, dəryalarının dibində üzən qəliz mətnlərimiz qalsın...
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 14:37
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01

