Piylənməyə qarşı dərmanlarla bağlı XƏBƏRDARLIQ
18.07.2026 [17:53]
Piylənməyə qarşı istifadə olunan məşhur arıqlama dərmanları artıq çəkini əhəmiyyətli dərəcədə azaltsa da, insanların həyat keyfiyyətini və xoşbəxtlik hissini gözlənilən səviyyədə artırmır.
Lent.az xarici mediaya istinadən xəbərinə görə, araşdırma aparan alimlər bildirirlər ki, artıq çəkinin sürətlə azalmasının insanı avtomatik olaraq daha xoşbəxt edəcəyi barədə geniş yayılmış fikir öz təsdiqini tapmayıb. Araşdırma göstərib ki, insanlar xeyli çəki itirsələr də, psixoloji vəziyyətləri, gündəlik həyatlarından məmnunluqları və fiziki rifah hissləri əvvəlki ilə müqayisədə nəzərəçarpacaq dərəcədə dəyişməyib.
Tədqiqat Çinin Siçuan Universitetinin Qərbi Çin Xəstəxanasının professoru Şeyyu Linin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu tərəfindən aparılıb. Mütəxəssislər 262 klinik araşdırmanın nəticələrini təhlil edərək təxminən 100 min yetkin pasiyentin iştirak etdiyi 19 müxtəlif arıqlama preparatını qiymətləndiriblər.
Araşdırmaya əsasən, ən yüksək nəticəni tirzepatid və hələ sınaq mərhələsində olan CagriSema preparatı göstərib. Bu dərmanlardan istifadə edənlər bir il ərzində bədən çəkilərinin təxminən 15 faizini itiriblər. Məşhur Ozempic və Wegovy preparatlarının əsas təsiredici maddəsi olan semaqlutid isə orta hesabla 10 faiz, onun tablet forması isə 11 faiz çəki azalmasına kömək edib.
Alimlər müəyyən ediblər ki, tirzepatid və CagriSema qəbul edən pasiyentlərin təxminən yarısı ilkin çəkilərinin 20 faizini itirməyə nail olub. Müqayisə üçün qeyd edilir ki, yalnız idman və kalorinin azaldılması hesabına arıqlayanlarda bu nəticəyə cəmi iki faiz iştirakçı çata bilib.
Bununla belə, iştirakçıların əhvalı, enerjisi və gündəlik aktivliyini qiymətləndirən psixoloji testlər ciddi dəyişiklik qeydə almayıb. Alimlər hesab edirlər ki, sürətli arıqlamaya baxmayaraq, orqanizmin yeni vəziyyətə uyğunlaşması vaxt tələb edir və müşahidə müddəti bu təsiri qiymətləndirmək üçün kifayət etməyə bilər.
Araşdırma dərmanların əlavə təsirlərini də üzə çıxarıb. Mütəxəssislərin sözlərinə görə, ən güclü arıqlama preparatları ürəkbulanma, qusma və ishal kimi problemlərə adi pəhrizlə müqayisədə üç-dörd dəfə daha çox səbəb olur. Bir çox pasiyent güclü halsızlıqdan şikayət edib və onların əhəmiyyətli hissəsi ilk il ərzində müalicəni yarımçıq dayandırıb.
Alimlər daha bir mühüm riskə də diqqət çəkiblər. Xüsusilə tirzepatid qəbul edən insanlarda yağla yanaşı əzələ kütləsinin də sürətlə azalması müşahidə olunub. Araşdırmaya görə, bəzi hallarda quru əzələ kütləsinin səkkiz faizdən çoxu itirilib ki, bu da xüsusilə yaşlı insanlar üçün ciddi təhlükə hesab olunur.
Tədqiqatın ən müsbət nəticəsi isə semaqlutidlə bağlı olub. Məlum olub ki, bu preparat xroniki ürək-damar xəstəlikləri olan insanlarda infarkt və insult riskini təxminən 20 faiz azalda bilir.
Araşdırmanın müəllifləri sonda belə nəticəyə gəliblər ki, piylənməyə qarşı ideal dərman hələ mövcud deyil. Bəzi preparatlar çəkinin azalmasında daha effektiv olsa da, digərləri ürək-damar sağlamlığının qorunmasında daha faydalıdır. Buna görə də müalicə üsulu seçilərkən yalnız arıqlama deyil, həm də pasiyentin ümumi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42

