/ / Prezident İlham Əliyevin Şuşa bəyanatı Azərbaycan–Slovakiya strateji tərəfdaşlığının yeni inkişaf mərhələsini müəyyənləşdirir
Prezident İlham Əliyevin Şuşa bəyanatı Azərbaycan–Slovakiya strateji tərəfdaşlığının yeni inkişaf mərhələsini müəyyənləşdirir
20.07.2026 [22:42]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri çərçivəsində 2026-cı il iyulun 14-də Şuşa şəhərində verdiyi bəyanat iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın daha da möhkəmləndiyini və əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Tarixi Şuşa şəhərində səsləndirilən fikirlər təkcə Azərbaycan–Slovakiya münasibətlərinin bugünkü vəziyyətini deyil, həm də gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, Azərbaycan ilə Slovakiya arasında siyasi dialoq artıq müntəzəm xarakter alıb. Dövlət başçısının ötən il Slovakiyaya rəsmi səfəri, Prezident Peter Pelleqrininin isə Azərbaycana növbəti səfəri dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın və səmimi tərəfdaşlığın bariz göstəricisidir. Bu cür intensiv təmaslar ölkələr arasında formalaşmış yüksək siyasi iradənin və əməkdaşlığın davamlı inkişafına verilən önəmin ifadəsidir.
Son illər Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan çoxşaxəli diplomatik münasibətlər nəticəsində Azərbaycan Avropa dövlətləri ilə qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan etibarlı tərəfdaşlıq modeli formalaşdırıb. Slovakiya ilə münasibətlər də məhz bu uğurlu siyasətin mühüm tərkib hissəsidir.
Şuşada səsləndirilən fikirlərdən aydın oldu ki, iki ölkə arasında əməkdaşlıq artıq yalnız siyasi dialoqla məhdudlaşmır. İqtisadiyyat, energetika, nəqliyyat, sənaye, investisiyalar, hərbi-texniki əməkdaşlıq və digər istiqamətlərdə həyata keçirilən layihələr münasibətlərin strateji xarakter aldığını təsdiqləyir. Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşləri də bu əməkdaşlığın nə qədər geniş gündəliyə malik olduğunu göstərir.
Prezident İlham Əliyevin vurğuladığı mühüm məqamlardan biri 2024-cü ildə imzalanmış Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin uğurla icra olunması idi. Dövlət başçısının qeyd etdiyi kimi, sənədin real nəticələr verməsi iki ölkənin güclü siyasi iradəsinin və qarşılıqlı etimadının göstəricisidir. Strateji tərəfdaşlıq haqqında imzalanmış sənəd bu gün konkret layihələr, qarşılıqlı investisiyalar və davamlı siyasi dialoq vasitəsilə öz praktik təsdiqini tapır.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri Slovakiyanın işğaldan azad olunmuş ərazilərimizin bərpasına verdiyi töhfə oldu. Dövlət başçısı Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi "Ağıllı kənd" layihəsini yüksək qiymətləndirərək bu dəstəyə görə Prezident Peter Pelleqriniyə təşəkkürünü bildirdi. Bu layihə təkcə müasir texnologiyaların tətbiqini deyil, həm də beynəlxalq əməkdaşlığın Qarabağın dirçəlişinə verdiyi real töhfəni nümayiş etdirir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının uğurla icra olunduğunu göstərir. Müasir şəhərsalma konsepsiyası, "Ağıllı kənd" və "Ağıllı şəhər" layihələri, yeni yollar, məktəblər, xəstəxanalar, enerji infrastrukturu və digər sosial obyektlər Azərbaycanın işğaldan azad edilmiş əraziləri dünyanın ən müasir yaşayış məkanlarından birinə çevirmək əzmindən xəbər verir. Slovakiyanın bu prosesdə iştirak etməsi isə dost ölkələrin Azərbaycanın haqq işinə və quruculuq siyasətinə verdiyi dəstəyin ifadəsidir.
Energetika sahəsində əməkdaşlıq da görüşün əsas istiqamətlərindən biri kimi diqqət çəkdi. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır. Təbii qaz ixracının genişləndirilməsi, yaşıl enerji layihələrinin inkişafı və yeni enerji marşrutlarının yaradılması ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırır. Slovakiya ilə bu sahədə əməkdaşlığın inkişafı hər iki dövlət üçün strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan konkret nəticələrə əsaslanan əməkdaşlığın tərəfdarıdır. Məhz buna görə də son illər ərzində Slovakiya ilə münasibətlər sürətlə inkişaf edərək güclü strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin əsasını qarşılıqlı hörmət, etimad, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlar təşkil edir.
Prezident Peter Pelleqrininin Azərbaycana ilk dəfə səfər etməməsi də münasibətlərin davamlı xarakter daşıdığını göstərən mühüm amillərdəndir. Onun parlament sədri, Baş nazir və Prezident kimi müxtəlif dövrlərdə Azərbaycana səfərləri, COP29 tədbirində iştirakı ölkəmizə göstərilən yüksək marağın və dost münasibətin göstəricisidir.
Şuşada verilən bəyanat bir daha təsdiqlədi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənir, dost və tərəfdaş dövlətlərlə əlaqələr yeni məzmun qazanır. Azərbaycan–Slovakiya münasibətlərinin bugünkü inkişaf səviyyəsi də bunun əyani nümunəsidir.
Heç şübhəsiz ki, qarşılıqlı etimad, siyasi iradə və ortaq maraqlar əsasında qurulan Azərbaycan–Slovakiya münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, iqtisadi, siyasi, humanitar və digər sahələrdə yeni uğurlara imza atacaq. Şuşada səsləndirilən bəyanat isə bu strateji tərəfdaşlığın gələcəyinə inamı daha da möhkəmləndirən mühüm siyasi mesaj kimi tarixdə qalacaq.
Tural Topçuyev,
YAP Gədəbəy rayon Təhsil sektoru ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

