Qarşılıqlı etimad və əməkdaşlığın təntənəsi
20.07.2026 [22:44]
Hacı Məmmədov,
YAP Kəngərli rayon təşkilatının fəalı
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər Azərbaycan ilə Slovakiya arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir. Səfər çərçivəsində keçirilən görüşlərdə tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş şəkildə müzakirə ediblər.
Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini arasında keçirilən təkbətək və geniş tərkibli görüşlər zamanı enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması, nəqliyyat-logistika layihələri, bərpa olunan enerji sahəsində əməkdaşlıq, eləcə də Avropa ilə Cənubi Qafqaz arasında əlaqələrin genişləndirilməsi kimi məsələlər ön plana çıxıb. Hər iki ölkə rəhbəri vurğulayıb ki, Azərbaycan ilə Slovakiya arasında siyasi dialoq yüksək səviyyədədir və bu münasibətlərin iqtisadi sahədə də öz əksini tapması üçün geniş imkanlar mövcuddur. Səfər zamanı Slovakiya Prezidenti Qarabağ bölgəsinə, o cümlədən Şuşa və Ağdam şəhərlərinə səfər edib. Qonağa işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.
Bu səfər Slovakiya nümayəndə heyətinə Azərbaycanın regionda sülh, inkişaf və quruculuq istiqamətində gördüyü işlərlə yaxından tanış olmaq imkanı yaradıb. Görüşlər zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik, Avropanın enerji təminatı və qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlər də müzakirə olunub. Tərəflər ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və biznes dairələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Azərbaycan ilə Slovakiya arasında münasibətlərdə mühüm dönüş nöqtələrindən biri 2024-cü ildə Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması oldu. Bu sənəd iki ölkənin əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə yüksəldərək siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələrin inkişafı üçün möhkəm hüquqi-siyasi baza formalaşdırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu bəyannamənin icrası artıq real nəticələrlə müşayiət olunur. Siyasi dialoqun intensivləşməsi, müxtəlif istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi strateji tərəfdaşlığın praktik müstəvidə uğurla inkişaf etdiyini göstərir.
Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradıb. Eyni zamanda, səfər Azərbaycan ilə Slovakiyanın Avropa məkanında əməkdaşlığının möhkəmləndirilməsinə və regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təşviqinə mühüm töhfə verəcək.
Xəbər lenti
Hamısına baxSosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15

