CƏMİYYƏTİN GÜZGÜSÜ VƏ MİLLİ MARAQLARIN MÜDAFİƏÇİSİ: MÜASİR AZƏRBAYCAN MƏTBUATI
21.07.2026 [14:16]
Məlumatın sürətlə yayıldığı, informasiya müharibələrinin və rəqəmsal texnologiyaların qlobal gündəliyi müəyyən etdiyi müasir dövrdə mətbuatın rolu hər zamankından daha kritik və məsuldar xarakter daşıyır. Kütləvi İnformasiya Vasitələri (KİV) yalnız baş verən hadisələri ictimaiyyətə çatdıran vasitə deyil, həm də cəmiyyətin maariflənməsində, dövlətçilik ənənələrinin möhkəmlənməsində və milli maraqların beynəlxalq müstəvidə müdafiəsində aparıcı dayaqlardan biridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuatın fəaliyyətinə dair səsləndirdiyi strateji fikir də bu həqiqəti aydın şəkildə ifadə edir:
“Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”
Ölkə rəhbərinin bu fikirləri müasir Azərbaycan jurnalistikasının həm bugünkü reallığını, həm də gələcək inkişaf istiqamətlərini dəqiqliklə müəyyən edən strateji xətt rolunu oynayır.
İnformasiya bolluğu və sosial şəbəkələrin sürətlə genişləndiyi bir dövrdə dəqiq və dürüst xəbərin dəyəri misilsiz dərəcədə artıb. Dövlət başçısının qeyd etdiyi kimi, insanların dünyada və ölkədə baş verənlər haqqında düzgün təsəvvür formalaşdırması məhz mətbuatın obyektivliyindən asılıdır. Mətbuatın qərəzsiz fəaliyyəti cəmiyyətdə etimad mühitinin formalaşması üçün əsas şərtdir.
Digər tərəfdən, çeviklik və operativlik xəbər istehsalında ən mühüm rəqabət üstünlüyünə çevrilmişdir. Gecikmiş məlumat nə qədər dəqiq olsa da, müasir dövrün tələblərinə cavab verə bilmir. Azərbaycan mətbuatı son illərdə rəqəmsal transformasiyaya uğrayaraq məlumatı operativ şəkildə çatdırmaq, yalan və dezinformasiyaların qarşısını dərhal almaq baxımından ciddi nailiyyətlər əldə etmişdir. Bu gün milli media resurslarımız təkcə ölkə daxilində deyil, beynəlxalq məkanda da hadisələrə anında reaksiya vermək bacarığı ilə seçilir.
Azərbaycan mətbuatının üzərinə düşən en mühüm və şərəfli vəzifələrdən biri milli maraqların müdafiəsidir. 44 günlük Vətən müharibəsi və ondan sonrakı postmünaqişə dövrü göstərdi ki, döyüş meydanında qazanılan tarixi Qələbə ilə yanaşı, informasiya cəbhəsində də gərgin və fasiləsiz mübarizə gedir.
Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, media vasitələrinin müstəqilliyinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ümummilli Lider Heydər Əliyev tərəfindən sensuranın ləğv edilməsi ilə başlayan bu inkişaf yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Azərbaycan mətbuatı öz tarixi ənənələrinə sadıq qalaraq müasir dövrün çağırışlarına uğurla cavab verir. Prezident İlham Əliyevin mətbuatın fəaliyyətinə verdiyi yüksək qiymət həm də hər bir media işçisi üçün böyük məsuliyyət deməkdir. Qərəzsizlik, operativlik və milli maraqlara sadəqətlikələrini rəhbər tutan Azərbaycan mətbuatı bundan sonra da cəmiyyətin maariflənməsində və dövlətimizin qüdrətlənməsində öz mühüm töhfələrini verməyə davam edəcəkdir.
Nurlana Yusifova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09

