/ / Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə fəal gənclərlə görüş keçirilib
Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə fəal gənclərlə görüş keçirilib
23.07.2026 [15:35]
26 iyul – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə fəal gənclərlə görüş keçirilib.
YAP Yasamal rayon təşkilatı və Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 26 iyul – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə fəal gənclərlə görüş keçirilib.
Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, , Milli Məclisin deputatı, Milli Məclisin gənclər və idman komitəsinin üzvü, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Yasamal rayonu ərazisində müxtəlif qurumlarda və təhsil müəssisələrində fəaliyyət göstərən gənc əməkdaşlar, aktiv gənclər və könüllülər iştirak edib.
İlk öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə tər gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirildiyinin növbəti təsdiqidir. Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil dövlətçilik və gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, gənclərin təhsilə, elmə, mədəniyyətə və idmana cəlb olunması üçün bütün zəruri şərait yaradılıb. O, son illər ölkəmizdə gənclərlə bağlı qəbul edilmiş dövlət proqramlarının, "Gənclər Fondu"nun layihələrinin, həmçinin bölgələrdə yaradılan müasir idman infrastrukturunun bunun bariz nümunəsi olduğunu vurğulayıb. O həmçinin qeyd edib ki, Vətən müharibəsində qazanılan Zəfər gənc nəslin vətənpərvərlik hissini daha da gücləndirib və bu gün Azərbaycan gəncləri həm elmdə, həm idmanda, həm də ictimai-siyasi həyatda öz sözünü deməyə qadirdir. Bəxtiyar Nəbiyev gənclərin Yeni Azərbaycan Partiyası sıralarına könüllü axın etdiyini, gənclərin partiyanın işində yaxından iştirak etdiyini, könüllülük hərəkatına aktiv qoşulduqlarını vurğulayaraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov Gənclər və İdman Nazirliyinin 32 illik fəaliyyət tarixindən, bu müddət ərzində gənclər siyasəti sahəsində əldə olunan nailiyyətlərdən danışıb. O bildirib ki, Nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri gənclərin sosial fəallığının artırılması, onların idmana və sağlam həyat tərzinə cəlb edilməsidir. O qeyd edib ki, Yasamal rayonunda hər il gənclər arasında müxtəlif idman növləri üzrə yarışlar, turnirlər, kütləvi idman tədbirləri keçirilir, məktəblərdə və ali təhsil müəssisələrində fəaliyyət göstərən idman dərnəkləri gənclərin sağlam gələcəyinə töhfə verir. İlham Səfərov həmçinin son illər rayonda könüllülük layihələrinin sayının xeyli artdığını, gənclərin sosial məsuliyyət hissinin güclənməsində bu layihələrin mühüm rol oynadığını bildirib və gənclərə bu istiqamətdə fəaliyyətlərini davam etdirməyi tövsiyə edib.
Sonra çıxış edən Milli Məclisin deputatı, Milli Məclisin gənclər və idman komitəsinin üzvü, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov dövlətin gənclər siyasətinin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində Milli Məclisdə aparılan işlərdən ətraflı danışıb. O bildirib ki, gənclərin təhsil, məşğulluq, sahibkarlıq və sosial müdafiə sahəsində dəstəklənməsi qanunvericilik səviyyəsində daim diqqətdə saxlanılır və bu istiqamətdə mütəmadi olaraq yeni təşəbbüslər irəli sürülür. Natiq həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, milli-mənəvi dəyərlərə bağlılığının, tarixi yaddaşa hörmətin formalaşdırılmasının bu gün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Göydəniz Qəhrəmanov qeyd edib ki, turizm sahəsinin inkişafı da gənclər üçün yeni məşğulluq imkanları yaradır və bu sahədə gənclərin təşəbbüskarlığının dəstəklənməsi vacib məsələlərdən biridir. O, gənclərə cəmiyyətin inkişafında fəal iştirak etmələri üçün öz töhfələrini verməyə çağırıb.
Çıxış edən Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ali təhsil müəssisələrində gənclərlə aparılan işin əsas istiqamətlərindən, tələbə gənclərin elmi, mədəni və ictimai fəaliyyətə cəlb edilməsi üçün görülən tədbirlərdən danışıb. O bildirib ki, universitetdə tələbələrin liderlik keyfiyyətlərinin formalaşdırılması, onların analitik düşüncə tərzinin inkişaf etdirilməsi, elmi araşdırmalara marağının artırılması məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər, treninqlər və seminarlar keçirilir. Ramin Səmədov həmçinin qeyd edib ki, gənclərin cəmiyyət həyatına inteqrasiyası, onların vətəndaşlıq mövqeyinin formalaşdırılması universitetin gənclər siyasəti şöbəsinin prioritet vəzifələrindən biridir və bu istiqamətdə tələbə təşkilatları ilə sıx əməkdaşlıq aparılır. O, iştirakçılara elmə və təhsilə önəm verməyin vacibliyini xatırladıb.
Daha sonra çıxış edən boks, kikboksinq, K-1 və muaythay üzrə dünya və Avropa çempionatlarının qalibi, idman ustası gənc Emili Rzayeva öz idman yolundan, idmana gəlişindən, məşq prosesində qarşılaşdığı çətinliklərdən və onları necə aşdığından səmimi şəkildə danışıb. O bildirib ki, uğur qazanmaq üçün istedad qədər zəhmət, əzmkarlıq və özünə inam da vacibdir, hər bir gənc qarşısına məqsəd qoyaraq, ardıcıl və inamla ona doğru irəliləməlidir. Emili Rzayeva idmanın gənclərin yalnız fiziki deyil, həm də mənəvi cəhətdən formalaşmasında, sağlam və güclü şəxsiyyət kimi yetişməsində əvəzsiz rol oynadığını vurğulayıb. O, xüsusilə qız-gənclərə idmanla məşğul olmaqdan çəkinməməyi, öz hədəflərinə doğru cəsarətlə addımlamağı tövsiyə edib və gənclərə beynəlxalq arenada Azərbaycanı ləyaqətlə təmsil etmək arzusunda uğurlar diləyib.
Çıxışlardan sonra Yasamal rayonu üzrə aktiv fəaliyyət göstərən bir qrup gənc təltif edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

