Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Toyota yeni hidrogen mühərrikini təqdim etdi

Toyota yeni hidrogen mühərrikini təqdim etdi

22.07.2026 [19:42]

Toyota daxiliyanma mühərriklərini tamamilə sıradan çıxarmaq əvəzinə onları hidrogen yanacağı ilə işləyən yeni texnologiya ilə inkişaf etdirməyə davam edir.

Lent.az xəbər verir ki, şirkətin təqdim etdiyi yeni mühərrik ənənəvi benzin aqreqatlarına bənzər işləmə prinsipi ilə fəaliyyət göstərsə də, yanacaq kimi hidrogendən istifadə edir.

İstehsalçının sözlərinə görə, bu texnologiya karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, daxiliyanma mühərriklərinin sürüş hissini və performansını qoruyub saxlayır.

Toyota hesab edir ki, elektromobillərlə yanaşı hidrogen texnologiyası da gələcəyin nəqliyyatında mühüm rol oynayacaq.

Şirkət yeni mühərrikin kommersiya istehsalına nə vaxt başlayacağını açıqlamayıb, lakin texnologiyanın inkişafı istiqamətində işlərin davam etdirildiyini bildirib.

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31