Berlin mesajı: Bakı ilə bərabər tərəfdaşlıq
23.07.2026 [10:27]
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Berlində Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertslə verdiyi birgə bəyanatlar Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin başlandığını göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Səfər bir daha nümayiş etdirdi ki, Bakı ilə Berlin arasındakı münasibətlər təkcə iqtisadi maraqlara deyil, həm də qarşılıqlı etimada və uzunmüddətli strateji baxışa əsaslanır.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Almaniya arasında siyasi dialoqun intensivləşdiyini, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların yarandığını vurğuladı. Dövlət başçısının səsləndirdiyi fikirlərdən aydın görünür ki, Azərbaycan Avropanın aparıcı dövlətlərindən biri olan Almaniya ilə əlaqələrin inkişafını xarici siyasətinin mühüm istiqamətlərindən biri hesab edir. Bu münasibətlər qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə ehtiram və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri üzərində qurulur.
Almaniya Federal Kansleri Fridrix Merts də çıxışında Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayaraq münasibətlərin inkişafı üçün geniş potensialın məvcud olduğunu bildirdi. Bu yanaşma göstərir ki, Berlin də Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əlaqələrin dərinləşdirilməsində maraqlıdır. Xüsusilə iqtisadiyyat, enerji, sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün siyasi iradənin məvcudluğu gələcək layihələrin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu daxili və xarici siyasət ölkəmizin beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan müstəqil siyasət kursu Azərbaycanın müxtəlif siyasi mərkəzlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurmasına imkan verib. Almaniya ilə münasibətlərin bugünkü səviyyəsi də məhz həmin uzaqgörən siyasətin məntiqi nəticəsi kimi çıxış edir.
Berlin görüşü göstərdi ki, Azərbaycan artıq Avropa ilə münasibətlərdə yalnız enerji təchizatçısı kimi deyil, həm də regional sabitliyə, iqtisadi əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə töhfə verən etibarlı tərəfdaş kimi qəbul edilir. Prezident İlham Əliyevin bəyanatında səsləndirilən mesajlar Azərbaycanın açıq dialoqa, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa və uzunmüddətli tərəfdaşlığa sadiqliyini bir daha təsdiqlədi.
Almaniya ilə siyasi dialoqun yeni dinamika qazanması isə təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də Azərbaycanın Avropa məkanında artan nüfuzunun və etibarlı tərəfdaş statusunun növbəti mühüm göstəricisi kimi dəyərləndirilə bilər.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20

