"Müstəqilliyə Aparan Yol: Heydər Əliyev İrsi" Adlı Tədbir Keçirilib
24.07.2026 [14:53]
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (AR ETN) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və "H.Cavid pr. 115 (AR ETN Ak. Həsən Əliyev ad. Coğrafiya İnstitutu)" ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü ilə əlaqədar "Müstəqilliyə Aparan Yol: Heydər Əliyev İrsi" adlı görüş keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkədə gerçəkləşən böyük intibah dövrünü, iqtisadi və mədəni sıçrayışı əks etdirən geniş sənədli videoçarx nümayiş olunub.
Görüşdə açılış nitqi ilə çıxış edən akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən, fəlsəfə doktoru, dosent Zaur İmrani tədbir iştirakçılarını salamlayaraq, Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanın sosial-iqtisadi, mədəni və elmi həyatında yeni bir inkişaf erasının əsasının qoyulduğunu bildirib. O vurğulayıb ki, Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində məhz həmin illərdə respublikada güclü sənaye və elmi potenasial formalaşdırılıb, milli intibahın bünövrəsi qoyulub. Zaur İmrani həmçinin xüsusi olaraq qeyd edib ki, Ümummilli Liderin coğrafiya elminə, təbiəti mühafizə məsələlərinə və elmi kadrlara göstərdiyi diqqət bu gün də İnstitutun fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsində dahi rəhbərin irsinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir.
Çıxış edən əsas məruzəçi YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev geniş məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli dövlətçilik irsindən, müasir müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsindəki tarixi xidmətlərindən etibarən ətraflı söhbət açıb. B.Nəbiyev bildirib ki, 1969-cu ildən başlayan böyük siyasi yol yalnız sovet Azərbaycanının yüksəlişini təmin etməyib, həm də gələcək müstəqil dövlətçiliyimizin möhkəm təməllərini yaradıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən və dərin siyasi-iqtisadi böhrandan xilas edərək Azərbaycanı regionun lider dövlətinə çevirib.
Məruzəçi vurğulayıb ki, Heydər Əliyev tərəfindən təməli qoyulan Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük inkişaf yolu keçərək ölkəmizin ictimai-siyasi həyatında aparıcı və birləşdirici qüvvəyə çevrilib. Bu gün Ulu Öndərin siyasi xətti Prezident, YAP Sədri İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə və əzmkar fəaliyyətlə davam etdirilir. Məhz bu məqsədyönlü strategiyanın, güclü dövlət və müzəffər ordunun sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək tarixi Zəfərə imza atıb. Bəxtiyar Nəbiyev əlavə edib ki, Heydər Əliyev ideyalarına sadəqət, Partiya ətrafında sıx birləşmək və bu irsi gələcək nəsillərə aşılamaq hər bir azərbaycanlının, xüsusən də elmi ziyalıların və gənclərin müqəddəs borcudur.
Daha sonra çıxış edən Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, şöbə müdiri Müseyib Yunusov Ümummilli Liderin elmə, təhsilə və elmi ziyalılara göstərdiyi diqqət və qayğıdan danışıb. M.Yunusov bildirib ki, Heydər Əliyev hər zaman coğrafiya elminin, ətraf mühitin mühafizəsinin və təbii ehtiyatlardan səmərəli istifadənin inkişafına böyük dəstək verib, bu gün də həmin xətt dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Çıxışlardan sonra "H.Cavid pr. 115 (AR ETN Ak. Həsən Əliyev ad. Coğrafiya İnstitutu)" ərazi partiya təşkilatında sədr və sədr müavininin seçilməsi ilə bağlı təşkilati məsələlərə baxılıb.
Səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, "H.Cavid pr. 115 (AR ETN Ak. Həsən Əliyev ad. Coğrafiya İnstitutu)" ərazi partiya təşkilatının sədri Zaur İmrani, sədr müavini isə Həmdulla Əliyev seçilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

