Zəngəzur dəhlizi: geosiyasi rəqabətdən iqtisadi inteqrasiyaya
25.07.2026 [12:28]
İranın narahatlığı, Ermənistan üçün fürsət, Azərbaycanın rasional strategiyası
Son illər siyasi-iqtisadi proseslərin inkişafı sübut edir ki, qlobal mühitdə nəqliyyat-kommunikasiya xətləri artıq yalnız iqtisadi əməkdaşlığın tərkib hissəsi kimi deyil, həm də geosiyasi rəqabətin əsas elementlərindən biri kimi çıxış edir. Dünyada formalaşan yeni siyasi və iqtisadi nizam göstərir ki, dövlətlərin qlobal ticarət zəncirində tutduğu mövqe getdikcə daha çox onların malik olduqları tranzit imkanları ilə müəyyənləşir. Bu gün Avropa ilə Asiya arasında yükdaşımaların təhlükəsiz, qısa və dayanıqlı marşrutlar üzrə həyata keçirilməsi həm regional, həm də qlobal güclərin diqqət mərkəzindədir. Son illərdə müxtəlif regionlarda müşahidə olunan geosiyasi gərginliklər, müharibələr və iqtisadi sanksiyalar da alternativ nəqliyyat dəhlizlərinə marağı əhəmiyyətli dərəcədə artırıb. Məhz belə bir şəraitdə Cənubi Qafqaz regionu yeni beynəlxalq logistika xəritəsində strateji əhəmiyyətini daha da gücləndirir.
2020-ci ildə başa çatan Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqlar Azərbaycanın təşəbbüsü ilə irəli sürülən genişmiqyaslı kommunikasiya layihələrinin aktuallığını artırdı. Rəsmi Bakı postmüharibə dövründə yalnız siyasi sabitliyin möhkəmləndirilməsini deyil, eyni zamanda, iqtisadi əməkdaşlığın dərinləşdirilməsini prioritet istiqamət kimi müəyyənləşdirdi. Bu baxımdan, Orta dəhlizin mühüm seqmentlərindən biri kimi Zəngəzur istiqamətli nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ideyası təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa bağlantının yaradılması məqsədi daşımır. Layihə, eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarının kəsişdiyi yeni logistika platformasının formalaşmasına xidmət edən mühüm təşəbbüs kimi qiymətləndirilir.
Vaşinqtonda rəsmiləşən yeni əməkdaşlıq perspektivi
Postmüharibə dövründə Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində aparılan müzakirələr beynəlxalq platformalarda da diqqət mərkəzində olub. Bu kontekstdə ötən il Vaşinqtonda keçirilən Azərbaycan, Ermənistan və ABŞ üçtərəfli görüşü regionda kommunikasiyaların açılması ilə bağlı yeni mərhələnin başlanğıcı kimi qiymətləndirildi. Görüş zamanı nəqliyyat marşrutlarının bərpası, iqtisadi əməkdaşlığın genişləndirilməsi və tranzit imkanlarının artırılması ilə bağlı müxtəlif mexanizmlər müzakirə olundu. Azərbaycan tərəfi bu prosesi regionda davamlı sülhün və iqtisadi inteqrasiyanın mühüm elementi kimi təqdim etdi.
Rəsmi Bakının mövqeyinə görə, Zəngəzur dəhlizi (TRIPP) yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi demək deyil - layihə eyni zamanda Orta Dəhlizin imkanlarını genişləndirən və Avropa ilə Asiya arasında yükdaşımaların daha çevik şəkildə həyata keçirilməsinə xidmət edən yeni logistika xətti formalaşdırır. Azərbaycanın uzun illər ərzində dəmir yolu, avtomobil yolları, liman və logistika infrastrukturuna yatırdığı investisiyalar da bu marşrutun gələcək perspektivlərini gücləndirən əsas amillərdən biri hesab olunur.
Vaşinqtonda aparılan müzakirələr və əldə olunan razılaşmalar göstərdi ki, regionda kommunikasiyaların açılması artıq yalnız ikitərəfli münasibətlərin predmeti deyil, daha geniş beynəlxalq iqtisadi maraqların tərkib hissəsinə çevrilməkdədir. Qlobal ticarət marşrutlarının şaxələndirilməsi fonunda Cənubi Qafqazın tranzit imkanlarına maraq artmaqdadır. Azərbaycan hesab edir ki, qarşılıqlı etimad və beynəlxalq hüququn prinsipləri əsasında həyata keçiriləcək əməkdaşlıq region ölkələrinin iqtisadi potensialını artırmaqla yanaşı, uzunmüddətli sabitliyin möhkəmlənməsinə də xidmət edə bilər. Bu baxımdan Vaşinqton görüşü gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından mühüm siyasi platformalardan biri kimi dəyərləndirilir.
Zəngəzur dəhlizi (TRIPP) hər hansı bir dövlətə qarşı yönəlmiş layihə deyil...
Təbii olaraq, regionda bütün kommunikasiya xətlərinin açılması qarşılıqlı fayda prinsipi əsasında həyata keçirilməlidir. Rəsmi Bakının yanaşmasına görə, iqtisadi əməkdaşlığın genişlənməsi siyasi etimadın möhkəmlənməsinə də müsbət təsir göstərə bilər. Məhz buna görə Zəngəzur dəhlizi (TRIPP) hər hansı bir dövlətə qarşı yönəlmiş layihə deyil, əksinə, region ölkələrinin iqtisadi potensialının artırılmasına xidmət edən təşəbbüs kimi təqdim olunur.
Bəzən isə dəhliz ətrafında aparılan müzakirələrdə iqtisadi və nəqliyyat aspektləri ilə yanaşı, geosiyasi amillər də ön plana çıxarılır. Xüsusilə İran bu məsələ ilə bağlı müxtəlif vaxtlarda öz narahatlıqlarını ifadə edib. Bir müddət öncə İranın Zəngəzur dəhlizinə yönəlik mövqeyində müəyyən ştrixlər yer alıb. Belə ki, onlar Ermənistanın Sünik vilayətindən keçəcək istənilən marşrutun həmin ölkənin suverenliyi və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərməli olduğunu iddia edirlər. İran rəsmiləri regionda sərhədlərin dəyişdirilməsi ilə bağlı istənilən yanaşmanın qəbuledilməz olduğunu, həmçinin yeni nəqliyyat marşrutlarının ölkənin regional mövqeyinə və iqtisadi maraqlarına təsir göstərə biləcəyini vurğulayılar. Hətta İranın Ermənistandakı səfiri Xəlil Şirgolami bildirib ki, “Ermənistan hakimiyyəti TRIPP layihəsinin (Zəngəzur dəhlizi) həyata keçirilməsinin İran üçün hər hansı təhlükə və ya çağırış yaratmayacağına dair təminat verib”.
Səfirin sözlərinə görə, regionda ABŞ-ın mümkün iştirakından irəli gələn risklər və İranın təhlükəsizliyi ilə bağlı narahatlıqlar da nəzərə alınmalıdır.
Azərbaycan dəfələrlə bəyan edib ki, Zəngəzur istiqamətində kommunikasiyaların açılması layihəsinin əsas məqsədi iqtisadi əməkdaşlığın genişləndirilməsi və bölgədə nəqliyyat əlaqələrinin bərpasıdır. Rəsmi Bakı hesab edir ki, yeni marşrut region dövlətləri arasında ticarət dövriyyəsini artıracaq, tranzit imkanlarını genişləndirəcək və bütün iştirakçı tərəflər üçün əlavə iqtisadi dividendlər yaradacaq. Azərbaycanın mövqeyinə görə, kommunikasiyaların açılması heç bir ölkənin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlməyib, əksinə, beynəlxalq hüquq normaları əsasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edir.
Ekspertlər də hesab edirlər ki, bu cür iri regional layihələrin uğuru ilk növbədə tərəflər arasında etimadın formalaşmasından və iqtisadi maraqların siyasi mübahisələrdən üstün tutulmasından asılıdır. Qlobal təcrübə göstərir ki, beynəlxalq nəqliyyat dəhlizləri yalnız müxtəlif dövlətlərin ortaq maraqları uzlaşdırıldığı halda uzunmüddətli və səmərəli fəaliyyət göstərə bilir. Bu baxımdan Zəngəzur marşrutu ətrafında aparılan müzakirələrdə siyasi ritorikadan daha çox iqtisadi səmərəliliyin və regional əməkdaşlıq imkanlarının ön plana çıxarılması layihənin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Ermənistan üçün mühüm perspektiv...
Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə Ermənistanın mövqeyi də əsas diqqətçəkən məsələlərdən biridir. Maraqlıdır ki, sanki Ermənistan bəzən anlaşılmaz fikirləri “təkrarlamaqla” nələrəsə nail olmaq istəyir. Azərbaycan isə öz növbəsində regionda bütün nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasının 2020-ci ildən sonra yaranmış yeni geosiyasi reallıqların mühüm tərkib hissəsi olduğunu bildirir. Rəsmi Bakı hesab edir ki, kommunikasiyaların açılması təkcə iki ölkə arasında əlaqələrin bərpasına deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi inkişafına və beynəlxalq tranzit imkanlarının genişlənməsinə xidmət edəcək. Azərbaycanın yanaşmasına görə, regionun uzunmüddətli sabitliyi iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı asılılığın artırılması ilə daha möhkəm təmin oluna bilər.
Siyasi ekspertlərin fikrincə, Zəngəzur dəhlizinin (TRIPP) açılması təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi inteqrasiyası, regional sabitliyi və Avrasiya nəqliyyat sisteminə daha sıx inteqrasiyası baxımından mühüm perspektiv kimi qiymətləndirilir.
İqtisadi dividend, siyasi sabitlik amili...
Qeyd olunmalıdır ki, Azərbaycan bu layihəni ilk növbədə Naxçıvanla gediş-gəlişin asanlaşdırılması, paralel olaraq sülh şəraitinə uyğun şəkildə əməkdaşlığın genişləndirilməsi, tranzit imkanlarının artırılması və regionun beynəlxalq logistika şəbəkəsində rolunun gücləndirilməsi baxımından strateji əhəmiyyətli hesab edir. Layihə ətrafında müxtəlif dövlətlərin fərqli yanaşmalarının mövcudluğu, məsələyə fərqli geosiyasi rənglərin qatılması istəyi isə səslənən qlobal predmetlərlə uyğun gəlmir - Bakı hər zaman bölgədə sabitlik və təhlükəsizlik üçün maksimum imkanlar formalaşdırır. Kommunikasiyaların bərpası Avrasiya məkanında ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verə bilər. Bu baxımdan Zəngəzur dəhlizi Cənubi Qafqazın uzunmüddətli inkişaf strategiyası olmaqla yanaşı, kontingentlərarası münasibətlər sisteminin formalaşmasına da əsaslı imkan deməkdir.
P. İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12

