Azərbaycan dili: milli qürur və iftixar mənbəyi
30.07.2026 [10:00]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Hər bir xalqın tarixi, mədəniyyəti, dünyagörüşü və milli-mənəvi dəyərləri ilk növbədə onun ana dilində yaşayır. Dil yalnız insanlar arasında ünsiyyət vasitəsi deyil, həm də xalqın keçmişini bu günü və gələcəyi ilə bağlayan möhkəm mənəvi körpüdür. Azərbaycan dili də əsrlər boyu xalqımızın milli kimliyini, zəngin ədəbi irsini, dövlətçilik ənənələrini və mədəniyyətini yaşadan ən böyük milli sərvətlərimizdən biri olmuşdur. Məhz buna görə də hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın milli varlığına və ana dilinə göstərilən yüksək ehtiramın ifadəsidir.
Azərbaycan dili qədim tarixi, zəngin söz ehtiyatı, ahəngdarlığı və ifadə imkanlarının genişliyi ilə dünya dilləri sırasında özünəməxsus yer tutur. Bu dil Nizami Gəncəvinin hikmət dolu poemalarını, Məhəmməd Füzulinin bənzərsiz qəzəllərini, Mirzə Fətəli Axundzadənin maarifçilik ideyalarını, Cəlil Məmmədquluzadənin satirik əsərlərini, Üzeyir Hacıbəylinin ölməz sənətini, Bəxtiyar Vahabzadənin və Xəlil Rza Ulutürkün Vətən sevgisini yaşadaraq nəsildən-nəslə ötürmüşdür. Bu mənada Azərbaycan dili xalqımızın milli yaddaşının ən etibarlı daşıyıcısıdır.
XX əsrin ikinci yarısında keçmiş ittifaq məkanında milli dillərin sıxışdırılması siyasəti daha da güclənmişdi. Belə mürəkkəb siyasi şəraitdə Azərbaycan dilinin hüquqlarını müdafiə etmək böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Məhz həmin dövrdə Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunmasını milli varlığın əsas şərtlərindən biri hesab edərək tarixi addımlar atdı.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının daxil edilməsi həmin dövr üçün mühüm siyasi və milli hadisə idi. Bu qərar Azərbaycan dilinin hüquqi statusunu möhkəmləndirməklə yanaşı, gələcək müstəqil dövlətçilik üçün də mühüm zəmin yaratdı. Ulu Öndər sonralar vurğulayırdı ki, xalqın milli kimliyini qoruyan əsas amillərdən biri onun ana dilidir. Heydər Əliyevin həmin fikri bu gün də Azərbaycan dil siyasətinin əsas ideoloji prinsiplərindən biri kimi səslənir.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra – Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan dilinin inkişafı üçün tamamilə yeni mərhələ yarandı. 1995-ci il Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması müstəqil dövlətçiliyin ən mühüm hüquqi əsaslarından birinə çevrildi. Bunun ardınca qəbul olunan qanunlar, fərmanlar və dövlət proqramları ana dilimizin həyatın bütün sahələrində tətbiqini daha da genişləndirdi. 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanması, Dövlət Dil Komissiyasının yaradılması, eləcə də həmin il avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilməsi dövlət dilinə göstərilən xüsusi diqqətin bariz nümunəsi idi. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirdi və onun qorunması, tətbiqi və inkişafı istiqamətində dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirdi.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dilinin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Dövlət başçısının imzaladığı sərəncam və fərmanlar nəticəsində latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya klassiklərinin Azərbaycan dilinə tərcüməsi, elektron məkanda ana dilinin istifadəsinin genişləndirilməsi və dil normalarının qorunması istiqamətində mühüm nəticələr əldə olunmuşdur.
2013-cü ildə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” dil siyasətinin strateji istiqamətlərini müəyyənləşdirdi. Bu proqram dilçiliyin inkişafına, terminologiyanın zənginləşdirilməsinə, müasir texnologiyalarda Azərbaycan dilinin imkanlarının genişləndirilməsinə və milli dilin beynəlxalq informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir.
2018-ci ildə imzalanan fərmanlarla Azərbaycan dilinin saflığının qorunması, elektron informasiya məkanında tətbiqinin genişləndirilməsi istiqamətində mühüm institusional mexanizmlər yaradıldı. 2025-ci ildə qəbul edilmiş yeni qərarlar isə bu sahədə nəzarət və koordinasiya mexanizmlərini daha da təkmilləşdirdi.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı dillər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Xarici sözlərin həddindən artıq işlədilməsi, sosial şəbəkələrdə dil normalarının pozulması, yazılı və şifahi nitqdə qeyri-dəqiqliyin artması Azərbaycan dilinin saflığının qorunmasını daha da aktuallaşdırır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Bu çağırış cəmiyyətin bütün təbəqələrinə ünvanlanmış mühüm mesajdır. Dövlət qurumları, elm və təhsil müəssisələri, media, yaradıcı ziyalılar və hər bir vətəndaş ana dilinin zənginliyinin qorunmasına öz töhfəsini verməlidir. Xüsusilə gənc nəslin Azərbaycan dilini mükəmməl öyrənməsi, klassik və müasir ədəbiyyat nümunələrini mütaliə etməsi, ədəbi dil normalarına əməl etməsi milli kimliyimizin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan on milyonlarla azərbaycanlını birləşdirən əsas mənəvi dəyərlərdən biri məhz Azərbaycan dilidir. Ana dili xaricdə yaşayan soydaşlarımızın milli kimliyini, adət-ənənələrini və Vətənlə bağlılığını qoruyub saxlayan ən mühüm amildir. Azərbaycan dili, eyni zamanda ölkəmizin beynəlxalq nüfuzunun artmasına da xidmət edir. Dövlətimizin siyasi, iqtisadi, mədəni və humanitar uğurları Azərbaycan dilinin də beynəlxalq aləmdə daha geniş tanınmasına şərait yaradır.
Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın milli-mənəvi irsinə ehtiramın, dövlətçilik ənənələrinə sədaqətin və gələcək nəsillər qarşısında məsuliyyətin təcəssümüdür. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dil siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan dili həyatın bütün sahələrində mövqeyini daha da möhkəmləndirir, rəqəmsal mühitdə inkişaf edir, beynəlxalq informasiya məkanında nüfuzunu artırır. Ana dilimizi qorumaq təkcə dilimizi deyil, milli kimliyimizi, tariximizi, mədəniyyətimizi və müstəqil dövlətçiliyimizi qorumaq deməkdir. Azərbaycan dili bizim keçmişimizin yadigarı, bu günümüzün qürur mənbəyi və gələcəyimizin etibarlı təminatıdır.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39

