Tarixi Sınaqlardan Keçən Mənəvi Sərvətimiz: Heydər Əliyev və Ana Dilimiz Dil
30.07.2026 [14:00]
Hər bir millətin mənəvi varlığının əsası, onun tarixi, mədəniyyəti və özünüdərkidir. Azərbaycan xalqının ən böyük sərvətlərindən biri olan doğma dilimiz çoxəsrlik tarixə malik olmaqla yanaşı, çətin və keşməkeşli yollardan keçərək bu günümüzə qədər gəlib çatmışdır. Sovet dövründə mövcud olan maneələrə, məhdudlaşdırma siyasətinə və süni əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili öz mövcudluğunu, saflığını qoruya bilib. Bu mürəkkəb tarixi prosesdə ana dilimizin hamisi, ulu öndər Heydər Əliyevin göstərdiyi xidmətlər əvəzsizdir. Tarixə nəzər salsaq, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin elm kimi formalaşmasına, tədqiqinə və sistemləşdirilməsinə böyük təkan verdi. Lakin ana dilimizin inkişafında əsl dönüş nöqtəsi 1970-ci illərə təsadüf edir. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ilk günlərdən etibarən milli-mənəvi dəyərlərin, o cümlədən ana dilinin qorunması məsələsini hər zaman diqqət mərkəzində saxlayırdı. Həmin dövrdə rəsmi dairələrdə Azərbaycan dilində çıxış etmək xüsusi iradə tələb etsə də, Ümummilli Lider ali kürsülərdən ana dilində danışmaqla bütün xalqa dərin qürur hissi yaşadırdı. Ən vacib və həlledici tarixi addımlardan biri isə 1978-ci ildə atıldı. Həmin dövrdə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman dövlət dili haqqında maddənin sənədə salınmaması təhlükəsi mövcud idi. Lakin Heydər Əliyev bu tarixi ədalətsizliklə barışmayaraq, ən yüksək səviyyədə öz prinsipial və qətiyyətli mövqeyini nümayiş etdirdi. 1978-ci il aprelin 2-də Ali Sovetin Azərbaycan SSR Konstitusiyasının layihəsinə həsr olunmuş sessiyasında məhz ulu öndərin kəskin təkidi ilə sənədin 73-cü maddəsinə dövlət dilinin Azərbaycan dili olması barədə əlavə edildi. Bu qərar sadəcə hüquqi dəyişiklik deyil, eyni zamanda milli kimliyimizin və şüurumuzun xilası demək idi. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin dövlət statusu daha da möhkəmləndi və genişləndi. Ulu Öndərin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə latın qrafikalı əlifbaya tam keçid təmin edildi. Eyni ilin avqustun 9-da imzalanmış fərmanla isə 1 avqust tarixi Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edildi. Daha sonra 2003-cü ilin yanvarında qəbul edilmiş xüsusi qanun dövlətin ana dilinə qayğısının ən ali hüquqi təminatı oldu. Bu gün hər bir Azərbaycan vətəndaşı dərk etməlidir ki, ana dilimiz sadəcə sadə bir ünsiyyət vasitəsi deyil, azərbaycançılıq məfkurəsinin ana sütunudur. Ulu Öndərin qoyduğu mənəvi miras gələcək nəsillərin də bu dildə qürurla yazıb-yaratmasına və sərbəst şəkildə ifadə olunmasına tam və qəti zəmin yaratmışdır.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 12:16
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52

