Avqustun 13-də Perseid meteor yağışı olacaq
04.08.2026 [14:30]
Avqustun 24-dək Perseid meteor yağışı müşahidə olunacaq. Meteor axınının maksimum aktivliyi isə avqustun 13-də Bakı vaxtı ilə saat 06:00-da baş verəcək.
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından verilən xəbərə görə, Perseid meteor yağışı “109P/Swift–Tuttle” kometasının buraxdığı toz və kiçik daş hissəciklərinin Yer atmosferinə daxil olması nəticəsində yaranır. Bu kometa 1862-ci ildə amerikalı astronom Levis Svift və ingilis astronom Horace Parnell Tuttle tərəfindən kəşf edilib. Onun Günəş ətrafında dövretmə periodu təxminən 133 il təşkil edir. Kometa Günəşə hər dəfə yaxınlaşdıqda orbiti boyunca böyük miqdarda toz və kiçik qaya hissəcikləri buraxır. Yer hər il avqust ayında öz hərəkəti zamanı bu hissəciklər axınından keçir. Atmosferə təxminən saniyədə 59 kilometr sürətlə daxil olan bu hissəciklər havanın müqaviməti nəticəsində qızaraq yanır və gecə səmasında parlaq işıq izləri – meteorlar əmələ gətirir.
Perseid meteor yağışı yüksək intensivliyi, sürətli hərəkət edən və parlaq meteorları ilə seçilir. Bu meteorların bir çoxu atmosferdə uzun işıq izləri buraxır ki, bu da onları digər meteor yağışlarından fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Radiantı (meteorların mənbəyi) Persey bürcündə yerləşdiyi üçün bu meteor yağışı Perseidlər adlanır. Bakı şəhərindən bu radiant bütün gecə ərzində görünür. Buna görə Perseid meteorlarını gecə boyu müşahidə etmək mümkündür. Radiant səhər saatlarına yaxın ən yüksək vəziyyətə çatır. Bakı üçün bu vaxt təxminən saat 06:00-dır.
Meteor yağışının maksimum intensivliyi saatda təxminən 150 meteor təşkil edir. Bu göstərici tam qaranlıq səma və radiantın müşahidəçinin düz başı üzərində yerləşdiyi ideal şərait üçün hesablanır. Bakı şəhərində radiant maksimum 69° hündürlüyə qalxdığından və hava şəraiti əlverişli olduqda müşahidəçilər saatda təxminən 140 meteor görə bilərlər. Perseid meteor yağışını izləmək üçün teleskop və ya binokl tələb olunmur. Ən yaxşı müşahidə nəticəsi əldə etmək üçün şəhər işıqlarından uzaq, qaranlıq müşahidə məntəqəsi seçmək lazımdır. Əlverişli hava şəraiti olduğu halda avqustun 12-dən 13-nə keçən gecə və xüsusilə sübhə yaxın saatlarda müşahidəçilər onlarla, hətta yüzdən çox meteor görə biləcəklər.
2026-cı ildə Perseid meteor yağışının maksimumu Yeni Ay fazasına təsadüf edir. Ay işığının olmaması səmanın kifayət qədər qaranlıq olmasını təmin edəcək və meteorların müşahidəsinə demək olar ki, mane olmayacaq. Bu səbəbdən 2026-cı il Perseid meteor yağışının son illərin ən əlverişli müşahidə imkanlarından biri hesab olunur.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

