Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib
10.08.2026 [14:19]
Azərbaycan nümayəndə heyəti Türkiyənin Ankara şəhərində keçirilən 3-cü Beynəlxalq Keçiören Türk Dünyası Festivalında iştirak edib.
AZƏRTAC xəbər verir ki, ölkəmizi festivalda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tovuz bələdiyyəsinin sədri Kamil Abdullayev, Yevlax bələdiyyəsinin sədri İsmayıl Hüseynli, Sumqayıt bələdiyyəsi sədrinin müavini Orxan Adıgözəlzadə, Binəqədi bələdiyyəsi sədrinin müavini Qüdrəddin Verdixanov və AŞBMA-nın baş məsləhətçisi Rövşən Məmmədov heyətdə yer alıblar.
Keçiören bələdiyyəsinin sədri Mesut Özarslanın dəvəti ilə Azərbaycan nümayəndə heyəti əvvəlcə Keçiören bələdiyyəsini ziyarət edib. Görüşdə qardaş ölkələrin bələdiyyələri arasında əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Sonra nümayəndə heyəti Keçiören bələdiyyəsi və TÜRKSOY tərəfindən qardaş şəhərlər formatında təşkil edilən festivalda iştirak edib. Tədbirdə Türkiyə və Türk dünyası ölkələrindən nümayəndələr, eləcə də Türkiyə Böyük Millət Məclisinin Ankara üzrə deputatı, Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Kürşad Zorlu, Türk Dünyası Bələdiyyələr Birliyinin sədri Taha Zahid Özdemir, Kipr Türk Bələdiyyələr Birliyinin sədri Mahmut Özçınar və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən AŞBMA-nın və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Türk dünyasının müxtəlif ölkələrindən festivala qatılan nümayəndələrə Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikrini çatdırıb. Türk dövlətləri arasında mövcud qardaşlıq münasibətlərinin və əməkdaşlığın yerli özünüidarəetmə səviyyəsində də ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Festival proqramı çərçivəsində Azərbaycandan dəvət olunmuş mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim edilib.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsi – Anıtkabiri və Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

