Naxçıvanda Yeni Sənaye Erası: İqtisadi Yüksəliş və Qlobal Şəbəkələrə İnteqrasiya
12.08.2026 [15:43]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına reallaşdırdığı növbəti səfər regionun sosial-iqtisadi həyatında tamamilə yeni bir səhifə açdı. Səfər çərçivəsində təməli qoyulan layihələr, açılışı edilən obyektlər və dövlət başçısının Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf xəritəsini aydın şəkildə nümayiş etdirdi. Bu inkişaf strategiyasının ən mühüm sütunlarından biri isə şübhəsiz ki, təməli qoyulan Naxçıvan Sənaye Parkı oldu.
Dövlət başçısının öz müsahibəsində xüsusi vurğuladığı kimi, Naxçıvan Sənaye Parkı ərazisinin miqyasına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci pillədə qərarlaşır. Bu fakt təkcə bir fiziki ölçü göstəricisi deyil, eyni zamanda dövlətin Muxtar Respublikanın sənaye potensialına verdiyi strateji dəyərin bariz nümunəsidir. Ölkəmizdə son illərdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində yaradılan sənaye zonaları qeyri-neft sektorunun lokomotivi rolunu oynayır. Naxçıvanda belə giqant parkın təməlinin qoyulması regionun illərlə davam edən blokada şəraitindən çıxaraq, böyük istehsal və ixrac mərkəzinə çevrilməsi prosesini sürətləndirəcək.
Sənaye parkının fəaliyyətə başlaması, birincisi və en vacibi, yüzlərlə, gələcəkdə isə minlərlə yeni iş yerinin yaradılması deməkdir. Burada yerləşəcək rezident müəssisələr yerli kadrların, xüsusən də gənclərin işlə təmin olunmasında müstəsna rol oynayacaq. Dövlətin təşviq mexanizmləri, vergi və gömrük güzəştləri sayəsində investorlar üçün cəlbedici məkana çevriləcək bu park, daxili bazarı rəqabətqabiliyyətli yerli məhsullarla təmin etməklə yanaşı, əhalinin sosial rifah halının yüksəlməsinə birbaşa töhfə verəcək.
Naxçıvan Sənaye Parkını sadəcə lokal bir istehsal sahəsi kimi qiymətləndirmək olmaz. Bu layihə regionda qurulan digər strateji infrastrukturlarla sıx bağlıdır. Horadiz–Ağbənd xətti və Naxçıvanın dəmir yolu infrastrukturunun yenidən qurulması fəaliyyətə başladqdan sonra Sənaye Parkında istehsal olunan məhsullar Zəngəzur dəhlizi vasitəsilə birbaşa dünya bazarlarına çıxarıla biləcək. Bu, logistik xərcləri minimuma endirərək Naxçıvan məhsullarını qlobal bazarlarda rəqabətqabiliyyətli edəcək. Eyni zamanda, Naxçıvanın günəş və bərpaolunan enerji potensialı sənaye parkındakı müəssisələrin ekoloji təmiz və ucuz enerji ilə təmin olunmasına zəmin yaradır ki, bu da "yaşıl sənaye" konsepsiyasına tam cavab verir.
Prezident İlham Əliyevin Naxçıvana səfəri və Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Naxçıvan Muxtar Respublikası sürətli transformasiya dövrünə qədəm qoyub. Təməli qoyulan Naxçıvan Sənaye Parkı yerli istehsalı gücləndirməklə, məşğulluğu artırmaqla və ölkənin eksport potensialını genişləndirməklə Azərbaycanın iqtisadi qüdrətinin növbəti rəmzinə çevriləcəkdir.
Kərimli Elvin
Yap Ordubad Rayon Təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45

