Regionlardan xarici bazarlara...
22.08.2026 [10:55]
İxracın artması bölgələrin iqtisadi imkanlarını genişləndirir
Regionların sosial-iqtisadi inkişafı yalnız yeni yolların, müəssisələrin və infrastruktur layihələrinin həyata keçirilməsi ilə məhdudlaşmır. Mühüm göstəricilərdən biri regionlarda yaşayan kiçik və orta sahibkarların, ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların iqtisadi dəyərə çevrilməsi və həmin malların müxtəlif ölkələrin bazarlarına çıxarılmasıdır. Bu baxımdan Azərbaycan iqtisadiyyatında regionların inkişafı uzun müddətdir əsas prioritetlərdən biri kimi diqqətdə saxlanılır. Həmin istiqamətdə həyata keçirilən tədbirlərin mühüm nəticələrindən biri bölgələrdə istehsal imkanlarının genişlənməsi, kənd təsərrüfatının kommersiya xarakterinin güclənməsi və yerli məhsulların daxili tələbatla yanaşı, xarici bazarlarda payının artmasıdır.
Aqrar məhsulun tarladan xarici bazara qədər keçdiyi yol region iqtisadiyyatının müxtəlif sahələrinə əlavə iqtisadi fəallıq gətirir. Əkinçiliklə yanaşı, məhsulun çeşidlənməsi, qablaşdırılması, saxlanılması, daşınması və ixracı çoxistiqamətli dəyər və məşğulluq zənciri formalaşdırır. Nəticədə həm biznes, həm də bölgə əhalisi bu prosesdən faydalanır. Ona görə də ixrac göstəricilərinin artması regionlarda yalnız istehsalın deyil, kənd təsərrüfatı ətrafında formalaşan biznes ekosisteminin də inkişafını əks etdirir.
7 ayda 29 milyard dollardan çox ticarət...
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 29 milyard 216 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 faiz çoxdur. Əmtəə dövriyyəsinin 19 milyard 336 milyon dolları ixracın, 9 milyard 881 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 faiz artıb, idxal isə 27,4 faiz azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
Bu dövrdə qeyri-neft-qaz ixracı rekord təzələyərək 5 milyard 933 milyon 171 min dollara çatıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə (həmin dövrdə göstərici 2 milyard 87 milyon 970 min dollar olub) 3 milyard 845 milyon 201 min dollar çoxdur. Beləliklə, qeyri-neft-qaz məhsullarının ümumi ixracdakı payı 13,7 faizdən 30,7 faizə yüksəlib. Yəni faktiki olaraq ixracın 3-dən biri və ya hər 3 dolların 1 dolları qeyri-neft məhsulllarından ibarətdir.
Qeyri-neft ixracında əsas məhsul qızıl olub, sarı metalın ixrac dəyəri 3,7 milyard dollar təşkil edib. Qızılın çəki həcmi isə 24,52 ton işlənməmiş, yarımişlənmiş və ya toz şəklində olub. Bu məhsul ümumi ixracın 19,2 faizini, qeyri-neft-qaz ixracının isə 62,5 faizini formalaşdırıb. Ötən 7 ayda qızıl nəzərə alınmadan ixracın dəyəri isə 2,5 milyard dollar olub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz artım deməkdir. Bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 123 milyon dollar, qeyri-yeyinti məhsullarının ixracı isə 26 faiz artaraq 261,8 milyon dollar təşkil edib.
Aqrar-sənaye məhsullarının ixracı 22,8 faiz artıb
Cari ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,6 dəfə, pambıq iplik 81,9 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 39,5 faiz, alüminium və ondan hazırlanan məmulatlar 39,4 faiz, pambıq lifi 24,9 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 23,3 faiz, çay 19,5 faiz, meyvə-tərəvəz 16,4 faiz, spirtli və spirtsiz içkilər isə 3 faiz artıb.
Ümumilikdə, aqrar məhsullar üzrə ixrac 22,1 faiz artaraq 673,4 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 24,8 faiz artaraq 223,1 milyon dollar təşkil edib. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8 faiz artaraq 896,4 milyon dollara bərabər olub.
Qeyd edilən dövrdə əsas aqrar mallardan biri olan kartof ixracını artırıb, bu dövrdə 77,4 min ton kartof ixrac edilib. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu həcmdə kartofun dəyəri 29,7 milyon dollar təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6,6 min ton (9,2 fai?), dəyər baxımından isə 1,6 milyon dollar (5,5 faiz) çoxdur.
Regionların iqtisadi potensialı artır
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirib ki, Azərbaycanın regionlarında kənd təsərrüfatının inkişafı ölkənin qeyri-neft sektorunun gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Onun sözlərinə görə, aqrar sektorun ixrac imkanlarının genişlənməsi iqtisadi fəallığın paytaxtdan bölgələrə yayılmasına, regionlarda məşğulluğun artmasına və yerli istehsalın stimullaşdırılmasına xidmət edir.
İqtisadçı qeyd edib ki, hesabat dövründə aqrar ixracdan əldə edilən gəlirlər ölkənin ümumi ixracında mühüm yer tutmaqla, regionların inkişafı prizmasından müsbət mənzərə yaradır. “Çünki regional iqtisadiyyat üçün hər bir ixrac məhsulu əlavə gəlir, yeni bazar və istehsalın genişləndirilməsi üçün stimul deməkdir. Yerli istehsalçının məhsulunu yalnız daxili bazarda deyil, xarici bazarda da sata bilməsi onun istehsal həcmini artırmaq, məhsuldarlığı yüksəltmək və daha rəqabətli fəaliyyət göstərmək imkanlarını genişləndirir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

