Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Mehriban Əliyevanın yüksək vətəndaş məmnunluğu yaradan çoxşaxəli fəaliyyəti

Mehriban Əliyevanın yüksək vətəndaş məmnunluğu yaradan çoxşaxəli fəaliyyəti

26.08.2026 [11:41]

Bir çoxları ad gününü sadəcə həyatında illərin bir-birini əvəzlədiyi təqvim tarixi kimi qeyd edir və bunu yüksək təmtəraqla rövnəqləndirməyə çalışır. Böyük ürəyə malik olan, geniş düşünən ziyalı və vətənpərvər insanlar isə ad gününün mənasını “mən bu həyatda hansı missiyanı yerinə yetirirəm”, “sevincim nədir, kədərim nədir” suallarının cavabında axtarmağa çalışırlar. Bu qəbildən olan təbəqənin həyat amalına görə, insan hər ad gününə özü, ailəsi, xalqı və Vətəni qarşısında  gördüyü işlərlə, kimi sevindirmisən, kimə yaxşılığın keçib, hansı savab əməllər yerinə yetirmisən hesabatı ilə gəlməlidir. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyatı, keçdiyi yol və çoxşaxəli fəaliyyəti buna parlaq nümunədir. Mehriban Əliyeva cəmiyyətə daim müsbət mesajlar ötürür, xeyirxahlıq nümunələri təqdim edir, özü və ailəsi üçün əlamətdar günləri də bir qayda olaraq həssas qruplardan olan insanların əhatəsində keçirməyə üstünlük verir. Mehriban xanım Əliyevanın həssaslığı,  xeyirxahlığı və məsuliyyəti onun çoxşaxəli fəaliyyətinin bütün məqamlarında özünü biruzə verir və qazanılan nəticələr də yüksək vətəndaş məmnunluğu yaradır, xalqın ona olan sevgisini daha da artırır. Təsadüfi deyildir ki, insanlar onu Azərbaycanın bütün guşələrində “Bizim Mehriban” deyə qarşılayırlar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti-niyə məhz Mehriban Əliyeva Respublikamızda  2016-cı il sentyabrın 26-da  Konstitusiya islahatları ilə bağlı keçirilən referenduma əsasən dövlət idarəçiliyində yeni təsisat-Birinci vitse-prezidentlik institutu yaradılıb. Çox haqlı olaraq dövlət idarəçiliyində Birinci vitse-prezidentlik institutunun formalaşdırılması Azərbaycanın müasir simasının yeni bir əlaməti, respublikamızın çatdığı inkişaf səviyyəsinin meydana çıxartdığı obyektiv zərurət kimi dəyərləndirilir. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Ötən dövrdə  Birinci vitse-prezidentin komandası formalaşıb və uğurla fəaliyyət göstərməkdədir. 

Bəs yeni mərhələdə dövlət idarəçiliyi baxımından strateji  önəm daşıyan Birinci vitse-prezident vəzifəsinə nə üçün məhz Mehriban xanım Əliyeva təyinat aldı? Sualın cavabını Mehriban xanım Əliyevanın həyatının indiyəqədərki mərhələsində Azərbaycan naminə gördüyü böyük miqyaslı işlərdə axtarmaq lazımdır. Çoxşaxəli məhsuldar fəaliyyəti Mehriban xanım Əliyevaya həm cəmiyyətdə, həm də ölkə rəhbərliyi səviyyəsində böyük inam formalaşdırıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərək belə deyib: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində ona göstərilən etimadı yüksək səviyyədə doğruldur.  Həssas təbəqələrdən olan insanlara qayğı yeni vəzifədə də Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Heç təsadüfi deyildir ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsindədə ilk müşavirəsini cəmiyyətin həssas təbəqəsinin problemlərinə-Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edib. 
Birinci vitse-prezident Mehriban Əliyeva Birinci və İkinci Qarabağ müharibəsi qazilərinin yüksək səviyyəli protezlərlə təmin olunması təşəbbüsü ilə çıxış edib. Hazırda müvafiq proqram uğurla həyata keçirilməkdədir. 
Mehriban xanım Əliyeva Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasına böyük həssaslıqla yanaşır. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu üç onilliyi əhatə edən işğal dövründə erməni vandalları tərəfindən dağıdılan, təhqirlərə məruz qalan dini abidələrin, məscidlərin bərpasını öz üzərinə götürüb. Layihənin icrası çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. 

Müasir dövlət kimi inkişaf edən Azərbaycan indiki dövrdə yaranan yeni çağrışarı və ölkəmizin reallıqlarını nəzərə almaqla rəqəmsal idarəçilik modelinə keçidi özünün prioritetlərindən biri kimi müəyyənləşdirib. Effektiv keçidi təmiin etmək məqsədilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. 2026-cı il iyunun 29-da Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. Iclasda önəmli müzakirələr aparəılıb, Birinci vitse-prezident müvafiq qurumlara öz tapşırıqlarını verib. Birinci vitse-prezidentin Rəqəmsal İnkişaf Şurasının rəhbəri kimi effektiv fəaliyyətinin nəticəsi olaraq transformasiya prosesləri sürətlənib. Ölkə miqyasında rəqəmsal idarəçilik modelinə keçidin, mərkəzi və yerli icra strukturlarında fəaliyyətlərin elektron platformalar üzərindən həyata keçirilməsinin əhatə dairəsi getdikcə genişlənir.

Dövlət – cəmiyyət tərəfdaşlığının gözəl nümunəsi

Daha bir mühüm məqam ondan ibarətdir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə dövlət siyasətinə güclü impuls verir, onun təşəbbüsləri əksər hallarda ölkə gündəliyinin prioritetlərindən birinə çevrilir. 2004-cü il mayın 10-da yaradılan Fondun indiyədək müxtəlif istiqamətlərdə reaallaşdırdığı çoxsaylı layihələr yüz minlərlə insanın həyatını dəyişib və ölkə miqyasında böyük vətəndaş məmnunluğu yaradıb. Bunların arxasında isə Mehriban xanım Əliyevanın unikal təşkilatçılıq bacarığı,  vətənpərvərliyi və əlbəttə ki, yüksək məsuliyyəti dayanır. 

Biz Heydər Əliyev Fondunun fəaliyyətinin timsalında dövlət-cəmiyyət tərəfdaşlığının gözəl nümunəsini görürük. Bir sıra hallarda Fond dövlətin apardığı siyasətə əlavə güc qatır, digər hallarda isə qurumdan, şəxsən Mehriban xanım Əliyevadan gələn təşəbbüslər və başlanan işlər dövlət  tərəfindən dəstəklənərək irəli aparılır. Prezident İlham Əliyev respublikamızda neft kapitalının insan kapitalına çevrilməsi siyasətini bəyan edib. Buna uyğun olaraq Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin icrasına start verdi. Sonradan Prezident İlham Əliyevin də məmnunluqla vurğuladığı kimi, bu, dövlət proqramına çevrildi. Belə faydalı əməkdaşlıqdan qazanan isə təhsilimizdir, böyüməkdə plan nəsildir. İndiyədək respublikamızda təxminən 3500 məktəb tikilərək istifadəyə verilib ki, onların da bir çoxunun inşası məhz Heydər Əliyev Fondunun xətti ilə təmin edilib. Və yaxud götürək Heydər Əliyev Fondunun beynəlxalq səviyyədə başladığı “Xocalıya ədalət!” kampaniyasını. Sonradan ayrı-ayrı dövlət qurumları da bu təşəbbüsə qoşuldular və nəticədə erməni vandallarının 1992-ci ilin fevralında Xocalıda törətdikləri dəhşətli soyqırım 10-dan çox ölkədə tanındı. 

Zəngin mədəniyyətimizə müstəsna qayğı

Mehriban xanım Əliyevanı sözün həqiqi mənasında həm də zəngin mədəniyyətimizin layiqli elçisi kimi təqdim etmək mümkündür. Onun təşəbbüsü əsasında Heydər Əliyev Fondu dünyanın müxtəlif ölkələrində, eləcə də ayrı-ayrı beynəlxalq platformalarda Azərbaycan mədəniyyətinin tanıdılmasını və təbliğini hədəfləyən çoxsaylı tədbirlər keçirib. Bu tədbirlərin sayəsində dünyanın bütün guşələrində Azərbaycan mədəniyyətinin dostlarının sayı artıb. 

Zəngin muğamlarımıza qayğı Mehriban xanım Əliyevanın fəaliyyətində xüsusi yer turtur. İndiyədək onun səyləri sayəsində muğamlarımızın öyrənilməsi və təbliği məqsədilə çoxsaylı tədbirlər reallaşdırılıb. Bu tədbirlər sırasında Heydər Əliyev Fondunun dəstəyi ilə muğam mərkəzlərinin yaradılmasının önəmini ayrıca qeyd edə bilərik. 2008-ci il dekabrın 27-də Bakıda dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzi istifadəyə verilib. Eyni zamanda, Fondun dəstəyi ilə regionlarda da bir neçə muğam mərkəzi yaradılıb. Bakıda istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi ilə yanaşı, Ağcabədidə, Füzulidə, Ağdamda inşa olunan Muğam mərkəzləri də ölkəmizdə muğamın inkişafında mühüm rol oynayır. Heydər Əliyev Fondu 2005-ci ildən “Azərbaycan muğamları” layihəsini uğurla həyata keçirir. Layihə çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olub. Fond tərəfindən 2008-ci ildə hazırlanan “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Heydər Əliyev Fondunun muğamın qorunması və təbliği istiqamətindəki növbəti uğurlu layihələri “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu və “Muğam aləmi” nəşridir. Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi Respublika muğam müsabiqəsi və 2009-cu ildən keçirilən Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb. Təsadüfi deyil ki, 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən 26 avqust tarixi Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub. Beləliklə, məhz Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində muğamımız kiçik konsert salonları səviyyəsindən çıxarılaraq UNESCO səviyyəsinə qaldırılıb, muğama layiq olduğu beynəlxalq status verilib.

Yenə də Mehriban xanım Əliyevanın çox böyük səyləri sayəsində Azərbaycanın bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb. Belə ki, indiyədək  “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi qurumun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31