Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Binəqədidə kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanılıb

Binəqədidə kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanılıb

10.09.2026 [22:45]

Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib. Zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 8000 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 21 yaşlı Tofiq Quluzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o kirayə qaldığı evdən əşyaları oğurlayaraq hadisə yerini tərk edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30