Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

30.09.2026 [23:53]

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı artıq Azərbaycanın mədəni həyatının ənənəvi və mühüm hadisəsinə çevrilib.

Bunu AZƏRTAC-a açıqlamasında mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib.

Onun sözlərinə görə, hər il müxtəlif ölkələrdən tanınmış musiqiçiləri, dirijorları və kollektivləri bir araya gətirən festival milli musiqimizin beynəlxalq müstəvidə tanıdılması və mədəni əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin irsinin geniş auditoriyaya təqdim olunmasına imkan yaradır.

Nazir müavini festivalın bağlanış konsertinin yüksək səviyyədə təşkil olunduğunu və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışının proqramın ən yaddaqalan məqamlarından biri olduğunu bildirib. "Üzeyir Hacıbəyli Festivalı Azərbaycan musiqisinin dünyada təbliğinə, müxtəlif ölkələrin sənətçiləri arasında yaradıcılıq əlaqələrinin inkişafına və yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir. Əminəm ki, tədbir qarşıdakı illərdə də mədəni əlaqələrimizin genişlənməsinə mühüm töhfələr verəcək", – deyə Murad Hüseynov vurğulayıb.

Paylaş:
Baxılıb: 130 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31