YAP-ın VIII Qurultayında qarşıya mühüm vəzifələr qoyuldu
06.10.2026 [16:09]
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasını xüsusi qeyd edirik. 1992-ci ilin 21 noyabr tarixi gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası təsis konfransını müxtəlif regionlardan 550 nümayəndinin iştirakı ilə keçirdiyi halda hazırda 800 minə yaxın üzvü sıralarında birləşdirməsi xalqın bu partiyaya inamının, etimadının əyani göstəricisidir. Təkcə partiyanın VII Qurultayından VIII Qurultayına qədərki dövrün reallıqlarına diqqət yetirsək görərik ki, 2021-ci ilin 5 mart tarixindən 2026-cı ilin 1 oktyabr tarixinədək ölkənin aparıcı siyasi qüvvəsinin sıralarına 95 379 nəfər yeni üzv qəbul edilib. YAP-ın həyatında baş verən mühüm hadisələr, o cümlədən keçirilən görüşlər, konfranslar, seminarlar və müşavirələr haqqında ətraflı məlumatlar mütəmadi olaraq mediada işıqlandırılmaqla ictimaiyyətin diqqətinə çatdırıldı.
YAP yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirərək daim dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsinə davamlı töhfələri ilə ölkəmizin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Partiyanın yaradılmasından ötən 34 ilin ölkəmizin həyatına yazdığı uğurları sadalamaqla bitməz. Bu baxımdan YAP-ın qurultayları ən mühüm strateji, ideoloji və təşkilati qərarların qəbul edildiyi əsas platforma olaraq partiyanın hesabat dövründə fəaliyyətinə yekun vurmaqla yanaşı, gələcək inkişaf xəttini, seçki strategiyalarını və proqramları müəyyən edir. Partiyanın əsas məqsəd və vəzifələrini əks etdirən Proqram və Nizamnamə sənədləri qurultaylarda qəbul olunur və ya onlara dəyişikliklər edilir. Tarixi Zəfərimizin yaratdığı reallıqların əsasında 2021-ci ilin 5 mart tarixində keçirilən VII Qurultayda Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin tapşırığı ilə yeni Proqram hazırlandı və həmin ilin sonunda qəbul edildi. Partiyanın yarandığı dövrün tələbləri əsasında qəbul edilən ilk Proqramda nəzərdə tutulan bütün vəzifələrin uğurlu icrası, hədəflərin reallığa çevrilməsi yeni Proqramın qəbulunu zərurətə çevirdi və həmin sənəd qəbul edildi. “Biz birlikdə güclüyük!” devizini özündə ehtiva edən yeni Proqramda nəzərdə tutulan hədəflər partiyanın hesabat dövründə fəaliyyəti üçün yol xəritəsi oldu.
Vüqar Musayev
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

