/ / Xaçmazda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş silsilə müşavirələri uğurla davam edir
Xaçmazda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş silsilə müşavirələri uğurla davam edir
15.10.2026 [16:59]
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş silsilə müşavirələri uğurla davam edir. Növbəti görüş Xaçmaz şəhər Heydər Əliyev Mərkəzində Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi ərazi partiya təşkilatı ilə baş tutub.
Toplantı başlamazdan əvvəl Ulu Öndərin Mərkəzin qarşısındakı abidəsi ziyarət olunub, abidə önünə tər güllər düzülüb. Daha sonra Mərkəzdə davam edən tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.
Sükut dəqiqəsindən sonra giriş sözü ilə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev bildirib ki, qurultaydan sonra keçirilən silsilə müşavirələrin əsas məqsədi partiya sədrinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqindən irəli gələn mühüm hədəfləri və tapşırıqları partiya üzvlərinə çatdırmaqdır. Sədr xüsusi olaraq vurğulayıb ki, dövlətimizin başçısının hər zaman partiya üzvlərinə, xüsusilə də gənclərə və təhsil işçilərinə böyük etimadı və inamı var. Emil Tağıyev qeyd edib ki, bu gün müstəqil Azərbaycanın qüdrətlənməsində, əldə olunan tarixi Zəfərin qorunmasında, eləcə də ölkəmizin gələcək inkişaf strategiyasının həyata keçirilməsində hər bir vətəndaşın, o cümlədən peşə təhsili sahəsində çalışanların üzərinə böyük məsuliyyət düşür. Müasir dövrdə qlobal və regional proseslər fonunda ideoloji təhlükəsizliyin qorunmasının, gənclərin milli-mənəvi dəyərlər ruhunda, savadlı və vətənpərvər kadrlar kimi yetişdirilməsinin vacibliyini diqqətə çatdıran sədr, partiya təşkilatlarının bu istiqamətdə daha da aktiv fəaliyyət göstərməli olduğunu qeyd edib.
Daha sonra Qurultay nümayəndələri çıxış ediblər. Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsinin sədri Yaşar Abbasov çıxış edərək YAP-ın VIII Qurultayının tarixi qərarlarından, ölkəmizin əldə etdiyi möhtəşəm nailiyyətlərdən və cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasətdən danışıblar. Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Tural Məmmədov da çıxış edərək mərkəzdə görülən işləri və təhsil sahəsindəki yenilikləri diqqətə çatdırıb, qurultayda qarşıya qoyulan tapşırıqların icrası istiqamətində səylərini əsirgəməyəcəklərini bildirib.
Görüş zamanı digər iştirakçılar da çıxış edərək ölkədə və bölgədə həyata keçirilən quruculuq işlərindən qürur duyduqlarını qeyd edib, ideoloji təhlükəsizlik və gənclərin peşəkar kimi yetişdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda təşkilati məsələyə baxılıb. Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi ərazi partiya təşkilatının sədri seçkiləri keçirilib və Tural Məmmədov yekdilliklə ƏPT-nin sədri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
İqtisadiyyat
16 Oktyabr 12:53
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Siyasət
15 Oktyabr 14:11
Dünya
15 Oktyabr 13:12
Siyasət
15 Oktyabr 13:11
Siyasət
15 Oktyabr 13:09
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03

