/ / Beyləqanda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib
Beyləqanda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib
15.10.2026 [18:13]
15 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən “Dünyamalılar kənd” Ərazi partiya təşkilatında partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin yeni tarixi mərhələdə qarşısında dayanan strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk YAP qurultayı kimi mühüm siyasi məna daşıyır.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultayda çıxışı tədbirin əsas siyasi məzmununu müəyyənləşdirdi. Dövlət başçısı YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirərək partiyanın fəaliyyətinin və siyasi xəttinin təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Prezident İlham Əliyevin sözləri ilə desək, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası ölkədə siyasi böhranın hökm sürdüyü, dövlət müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi bir dövrdə xalqın tələbi və iradəsi əsasında formalaşmışdır. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı da xalqın tələbi ilə baş vermiş və Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmuşdur.
YAP-ın tarixi Azərbaycanın müstəqillik tarixindən ayrı təsəvvür edilə bilməz. Partiyanın siyasi xətti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri, milli maraqların qorunması, müstəqilliyin möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsi kimi fundamental prioritetlər üzərində formalaşıb. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya onun öz sözlərində deyildiyi kimi "Dünənin, bu günün və gələcəyin partiyasıdır”. Sonrakı mərhələdə bu siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun şəkildə davam etdirilib.
Tədbirdə YAP Beyləqan rayon təşkilatının sədr müavini, Qurultay nümayəndəsi Niyaməddin Əsgərov, “Dünyamalılar kənd” Ərazi partiya təşkilatının sədri Mübariz Cəfərov, Partiya fəalı Natiq Quliyev və Qurban Mustafayev çıxış edərək bildirdilər ki, VIII Qurultayın mühüm siyasi xüsusiyyəti Azərbaycanın artıq tamamilə yeni reallıqlar şəraitində fəaliyyət göstərməsidir. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, əvvəlki qurultaydan sonra Azərbaycanın əldə etdiyi tarixi Zəfər regionda yeni siyasi və geosiyasi reallıqlar yaradıb. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində işğala son qoyaraq ərazi bütövlüyünün bərpasını təmin edib, 2023-cü ildə isə suverenliyini tam bərpa edib. Bu səbəbdən VIII Qurultay Azərbaycan tarixində yeni mərhələnin siyasi və təşkilati prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş siyasi və hərbi nəticələrin davamlılığını təmin etmək, ölkənin təhlükəsizliyini və müdafiə qabiliyyətini daha da gücləndirməkdir. Yeni geosiyasi reallıqlar şəraitində milli maraqların qətiyyətlə qorunması, müstəqil siyasətin davam etdirilməsi və dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi mühüm prioritetlər olaraq qalır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
İqtisadiyyat
16 Oktyabr 12:53
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Siyasət
15 Oktyabr 14:11
Dünya
15 Oktyabr 13:12
Siyasət
15 Oktyabr 13:11
Siyasət
15 Oktyabr 13:09
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49

