Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Vahid rəqəmsal platforma

Vahid rəqəmsal platforma

17.10.2026 [11:23]

“Rəqəmsal Rabitə İnformasiya Sistemi” informasiya və kommunikasiya sektorunda xidmətlərin səmərəliliyini və əlçatanlığını təmin edəcək

Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platformanın formalaşdırılması nəzərdə tutulur. Bu məqsədlə Prezident İlham Əliyevim imzaladığı müvafiq fərmana əsasən, “Rəqəmsal Rabitə İnformasiya Sistemi” (RRİS) yaradılıb. RRİS-in formalaşdırılmasının məqsədi müvafiq sahədə dövlət idarəetməsinin optimallaşdırılması, tənzimləmə və nəzarətin təkmilləşdirilməsi, müvafiq sahə üzrə təhlil aparılması, proqnoz və hesabatların hazırlanması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.

Sənədə əsasən, RRİS telekommunikasiya və poçt sahəsində son illərdə formalaşdırılmış rəqəmsal tənzimləmə mexanizmlərinin vahid hüquqi, təşkilati və texnoloji çərçivədə sistemləşdirilməsini təmin edəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi operator və provayderlərin uçotu, elektron müraciətlər, məlumatların toplanılması, xidmət keyfiyyətinin ölçülməsi, radiospektr və nömrə resursları, şəbəkələrin xəritələnməsi və digər istiqamətlər üzrə bir sıra rəqəmsal mexanizmləri tətbiq edəcək. RRİS isə bu proseslərin vahid informasiya mühitində qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsini həyata keçirəcək.

“Hökumət buludu”na inteqrasiya

RRİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə informasiya-kommunikasiya texnologiyaları və rabitə sahələrində tənzimləmə və nəzarəti həyata keçirəcək. Qurumun funksiyalarına həmçinin, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və payları  və səhmləri dövlətə məxsus olan hüquqi şəxslər, publik hüquqi şəxslər və digər büdcə təşkilatları, yerli özünüidarəetmə orqanları, eləcə də digər fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini təmin etmək daxildir.

RRİS-in infrastruktur təminatında yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğuları və kanalları mühüm yer turur. Bura, həmçinin proqram-texniki vasitələr və proqram təminatı resursları daxildir ki, bu da məlumat mübadiləsi təminatında etibarlılığın və təhlükəsizliyin qorunmasında mühüm rol oynayacaq.

RRİS-in qarşıdakı 6 ay müddətində formalaşdırılması və fəaliyyətinin təşkili, inkişaf etdirilməsi, Elektron Hökumət İnformasiya Sisteminə və “Hökumət buludu”na inteqrasiyası, eləcə də digər dövlət informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsinin təmin olunması üçün “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə daxil edilməsi nəzərdə tutulur. Gələcəkdə RRİS-in funksional imkanlarının artırılması planlaşdırılır.

RRİS-in dövlət və vətəndaş üçün üstünlükləri

Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumlar RRİS-in məlumat bazasından istifadə istifadə üçün elektron kabinetlərini sistemə inteqrasiya etməlidir. RRİS-də qeydiyyatdan keçən müvafiq qurumlar və məsul şəxslər Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) “vahid giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada bu sistemdən istifadə edə biləcək.

Dövlət üçün RRİS rabitə sektorunun daha dolğun rəqəmsal mənzərəsinin formalaşdırılması, xidmətin keyfiyyəti və əhatənin qiymətləndirilməsi, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, analitik hesabat və proqnozların hazırlanması və qərarların daha ??????? məlumatlar əsasında qəbuluna imkan verəcək.

Fiziki şəxslər, yəni vətəndaşlar da eyni qaydada EHİS-in “vahid giriş” altsistemi vasitəsilə RRİS-də identikləşdirildikdən sonra öz elektron kabinetlərindən RRİS-in məlumat infrastrukturundan faydalanacaqlar.

Vətəndaş üçün RRİS-in əsas üstünlüyü xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, əhatə dairəsinin genişləndirilməsi, müraciətlərin və digər məlumatların birlikdə təhlili əsasında problemlərin daha dəqiq müəyyənləşdirilməsi, tənzimləyici tədbirlərin daha hədəfli həyata keçirilməsi və istehlakçı maraqlarının daha effektiv qorunmasından ibarət olacaq.

Beləliklə, “Rəqəmsal Rabitə İnformasiya Sistemi” rabitə sektorunda ayrı-ayrı elektron proseslərdən vahid, inteqrasiya olunmuş və məlumat əsaslı tənzimləmə modelinə keçidin növbəti mərhələsini formalaşdıracaq. İnformasiya və kommunikasiya sektorunda göstərilən xidmətlərin səmərəliliyinin, şəffaflığın və əlçatanlığın təmin edilməsində mühüm rol oynayacaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 25 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31