Milli Məclisin iclasında...
17.10.2026 [12:35]
18 Oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlanıb
Oktyabrın 16-da Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 12 məsələ daxil edilib.
Əvvəlcə spiker Sahibə Qafarova çıxış edərək bildirib ki, oktyabrın 18-də xalqımız Müstəqilliyin Bərpası Gününü qeyd edəcək. Onun sözlərinə görə, 35 il öncə həmin gün Azərbaycanın yenidən dövlət müstəqilliyi qazanması müstəsna siyasi və tarixi əhəmiyyətli bir hadisə idi: “Ölkəmizin müstəqilliyinin ciddi sınaqlara məruz qaldığı dövrdə, 1993-cü ilin iyununda Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçiliyimizin tarixində dönüş nöqtəsi oldu. Onun həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi.
Ümummilli Lider milli dövlətçilik konsepsiyasını irəli sürdü və uğurla həyata keçirdi, dövlət müstəqilliyinə real siyasi, iqtisadi və hüquqi məzmun verdi, onun dönməzliyini təmin etdi, daxili və xarici siyasətin strateji hədəflərini müəyyənləşdirdi”.
S.Qafarova qeyd edib ki, 2003-cü ilin 15 oktyabr günü - cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur. Bu hadisə müstəqil dövlətçiliyimizin inkişafında yeni dövr açıb. Xalqımızın bu müdrik qərarı müasir Azərbaycanın tarixi qələbələrlə zəngin olan sonrakı inkişaf yolunu müəyyən edib.
Ulu Öndərin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilməsi nəinki əldə olunmuş nailiyyətləri qorumağa və artırmağa, həm də ən mühüm ümummilli vəzifələri yerinə yetirməyə imkan yaratdı. “Son dövrün ən böyük nailiyyətləri Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatında qazanılan tarixi qələbələr olub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir. Bu möhtəşəm uğurlar Azərbaycanın tarixində yeni dövr açmış, dövlətimizin inkişafı üçün prinsipcə yeni siyasi və strateji şərait yaradıb” -deyən spiker əlavə edib ki, bu gün Azərbaycan azad edilmiş torpaqlarda iri miqyaslı bərpa işləri həyata keçirir. Eyni zamanda, Azərbaycan beynəlxalq mövqelərini ardıcıl olaraq möhkəmləndirir, strateji tərəfdaşlıq əlaqələrini genişləndirir, regional sabitliyin təmin edilməsinə, əməkdaşlığın inkişafına və Cənubi Qafqazda möhkəm sülh yaradılmasına yönələn təşəbbüslərlə çıxış edir.
S.Qafarovanın fikrincə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun və uğurlu xarici siyasətinin növbəti bir göstəricisidir. Ölkəmizin sədrliyi ilə keçirilən bu böyük miqyaslı beynəlxalq tədbir dünyanın geniş bir məkanında çoxtərəfli əməkdaşlığın, siyasi dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsində dövlətimizin rolunu təsdiq edir. Əminliklə söyləmək olar ki, Prezidentin liderliyi və xalqımızın birlik və həmrəyliyi dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcək.
“Əlamətdar haldır ki, Müstəqilliyin Bərpası Günü ərəfəsində, sabah (17 oktyabr- red.) ölkəmizdə Füzuli şəhəri günü, bir neçə gündən sonra Zəngilan şəhəri günü, daha sonra isə Qubadlı şəhəri günü qeyd olunacaq. Milli iradənin təntənəsini təcəssüm etdirən bu hadisələr Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbələrə nail olmuş Azərbaycanın güc və qüdrətinin rəmzləridir. Təklif edirəm ki, Müstəqilliyin Bərpası Günü münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq” - deyə S.Qafarova vurğulayıb.
Sonra gündəlikdəki məsələlər müzakirə olunub. Əvvəlcə “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi (üçüncü oxunuş) qəbul olunub. Bildirilib ki, hazırda dövlət qulluğu sahəsində münasibətlər “Dövlət qulluğu haqqında” Qanunu və digər normativ-hüquqi aktlarla tənzimlənir. Dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, mövcud normaların sistemləşdirilməsi və müasir insan resurslarının idarə edilməsi mexanizmlərinin tətbiqi məqsədilə dövlət qulluğu münasibətlərinin vahid məcəllə çərçivəsində tənzimlənməsi istiqamətində islahatların aparılması nəzərdə tutulub.
Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində Dövlət Qulluğu Məcəlləsinin hazırlanması nəzərdə tutulurdu.
Layihə dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını vahid kodifikasiya olunmuş normativ-hüquqi aktda müəyyən edilməsini nəzərdə tutur. Məcəllə Ümumi və Xüsusi hissələrdən ibarət olmaqla, 5 bölmə, 15 fəsil və 94 maddəni özündə birləşdirir. Məcəllə dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının hüquq və vəzifələrini, qulluq stajını və ixtisas dərəcələrini əhatə edir. Həmçinin dövlət qulluğuna qəbul, müsabiqə və müsahibə, vəzifəyə təyinat, stajorluq və sınaq müddəti, rotasiya, xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi, vəzifədə irəliləyiş, əlavə təhsil və peşəkar inkişaf, əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış qaydaları, intizam məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi ilə bağlı məsələlər tənzimlənir. Beləliklə, Məcəllə layihəsində dövlət qulluğu sahəsində qüvvədə olan bir sıra müddəalar sistemləşdirilərək vahid normativ aktda birləşdirilir.
Məcəllənin qüvvəyə minməsi ilə “Dövlət qulluğu haqqında” Qanunla yanaşı, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında”, “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında”, “Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlar qüvvədən düşəcək.
İclasda Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də üçüncü oxunuşda qəbul olunub.
Qanun layihəsində bir sıra qanunvericilik aktlarının mövcud maddələrində dəyişikliklərin edilməsi təklif edilir. Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə təklif olunan dəyişikliklər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının gəlirlərinin gəlir vergisindən azad olunmasının istisna edilməsini nəzərdə tutur.
Təqdim olunan layihədə nəzərdə tutulan dəyişikliklər, xüsusi xidmət orqanlarında xidmət keçən şəxslərin pul və maddi təminatı ilə bağlı normaların təkmilləşdirilməsinə, mövcud hüquqi tənzimləmənin dəqiqləşdirilməsinə və bu sahədə hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib.
İclasda həmçinin, ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi məqsədilə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda qəbul olunub. Layihə ilə Qanunun 21.17-ci və 21.18-ci maddələrinə edilən dəyişikliklərə əsasən Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklif olunur. Bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.
Qeyd edək ki, iclasın gündəliyində olan digər qanun layihələri də qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Mədəniyyət
16 Oktyabr 10:04
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
16 Oktyabr 01:20
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06

