/ / Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə iranlı qonaqlara ətraflı məlumat verilib
Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə iranlı qonaqlara ətraflı məlumat verilib
07.08.2013 [09:05]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov avqustun 6-da İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin prezidentinin səhiyyə, müalicə və reabilitasiya üzrə müavini Əfsin Əlixaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə İran arasında sıx dini, tarixi, mədəni münasibətlərin olduğunu diqqətə çatdıran Baş nazirin müavini bildirib ki, ölkələrimiz arasında əlaqələr dərinləşir və inkişaf edir. İranın Qızıl Aypara Cəmiyyətinin xətti ilə Azərbaycanda müxtəlif humanitar layihələr həyata keçirilir.
Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun ərazisi işğal olunub, bir milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu gün Azərbaycan istənilən yolla işğal altındakı torpaqlarını azad etməyə qadirdir.
Komitə sədri qonaqlara Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də danışıb. Bildirib ki, dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemləri həll edilir. Qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə salınıb. Bu qəsəbələrdə 160 minə yaxın qaçqın və məcburi köçkün yerləşdirilib. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.
Baş nazirin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyev artıq ölkəmizin 2020-ci ilədək strateji istiqamətlərini müəyyənləşdirib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında yoxsulluğun aradan qaldırılması, iqtisadiyyatımızın neftdən asılılığının minimuma endirilməsi, Azərbaycanda insan hüquqlarının qorunmasının beynəlxalq standartlara çatdırılması, korrupsiyaya qarşı mübarizənin maksimum gücləndirilməsi və digər məsələlər nəzərdə tutulur.
Əli Həsənov qeyd edib ki, bir milyondan artıq məcburi köçkünü olan Azərbaycan öz inkişaf dövrünü yaşayır, beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi edir. Azərbaycan dünyanın tolerant ölkələrindən birinə çevrilib. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə qarşı tolerant yanaşma mövcuddur.
Səmimi görüşə görə minnətdarlığını bildirən Əfsin Əlixani ölkələrimiz arasında münasibətlərdən söhbət açıb, təmsil etdiyi təşkilatın gördüyü işlərdən danışıb.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən qonaq, İranın ölkəmizin əldə etdiyi nailiyyətlərə sevindiyini bildirib.
Qonaqlara Ermənistanda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətinin və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən məlumat kitabçası və videodisk təqdim olunub.
Sonra nümayəndə heyəti Dərnəgül tələbə şəhərciyindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin yataqxanasına baş çəkiblər.
Qonaqlar Ağdam rayonundan olan məcburi köçkünlər - şəhid ailələrinin üzvləri Zümrüd Quliyeva və Qəndab Səmədovanın problemləri ilə maraqlanıblar. Məcburi köçkünlər daim öz doğma torpaqlarına qayıtmaq arzusunda olduqlarını diqqətə çatdırıblar.
Əfsin Əlixaninin rəhbərlik etdiyi nümayəndə heyəti Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllədə də olub.
Qonaqlar Ağdam rayonundan olan məcburi köçkün Nazilə Tağıyevanın evində yaradılmış şəraitlə maraqlanıblar.
Öz doğma yurd-yuvalarına dönmək arzusunda olduqlarını dilə gətirən məcburi köçkün N.Tağıyeva onlar üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəb ilə tanış olan qonaqların diqqətinə çatdırılıb ki, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.
Nümayəndə heyəti Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

