Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib
01.02.2014 [08:55]
Dünən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyində 2 Fevral-Gənclər Günü münasibətilə tədbir keçirilib
Dünən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyində (İB) 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə “Aztelekom” İB-də çalışan gənc mütəxəssislər və kollektivin nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər çiçəklər düzülüb.
Tədbiri giriş sözü ilə “Aztelekom” İB-nin baş direktoru Məhəmməd Məmmədov açaraq gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib. Dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından danışan natiqin sözlərinə görə, ölkə gənclərinin qazandıqları nailliyyətlər, onlara göstərilən dövlət qayğısı imkan verir ki, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gənclərimiz tərəfindən daha çox fəallıq nümayiş etdirilsin: “Bu bayram Ulu öndər Heydər Əliyevin gəncliyimizə ən gözəl hədiyyəsidir. Azərbaycan gəncini hər zaman ağıllı, güclü, məntiqli, müstəqil görmək istəyən Ümummilli liderimizin Sərəncamı ilə 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il fevralın 2-də Ulu öndərin təşəbbüsü ilə ölkədə Azərbaycan Gənclərinin I Forumu keçirildi. Ümummili lider Heydər Əliyev üzünü gənclərə tutaraq demişdir: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun”. Bu gün isə gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı gənclərin inkişafına, səmərəli fəaliyyətinə xüsusi diqqət yetirir. Azərbaycan gəncliyi isə öz növbəsində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunu dəstəkləyir”.
Daha sonra çıxış edən “Aztelekom” İB-nin Gənclər Təşkilatının sədri Emil Rzayev rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə hesabat verib. O bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsi kimi xüsusi yer tutur: “Ölkəmizdə gənclər siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir”.
E. Rzayev əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır.
Onun sözlərinə görə, hazırda “Aztelekom” İB-də fəaliyyət göstərən əməkdaşların əksəriyyətini gənclər təşkil edir: “Təşkilatımızın 1470 nəfər üzvü var. 2013-cü ildə 40 nəfər işə qəbul olunub ki, onlardan 29 nəfəri gəncdir. “Aztelekom” İB Gənclər Təşkilatının məqsədi təşkilatlanaraq gənclərimizi düzgün istiqamətləndirmək, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmək və yüksək templə inkişaf edən respublikamıza dəstək verməkdir. Ötən il “Aztelekom” İB tərəfindən həyata keçirilən bir çox işlərdə gənclərimiz çox fəal iştirak edib, əldə edilən nailiyyətlərə öz töhfələrini veriblər. Qurumun Gənclər Təşkilatı tərəfindən əsrin faciəsi olan Xocalı faciəsi ilə bağlı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində müvafiq ünvanlara məktublar göndərilib, Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün yaradılan petsisiya üçün lazım olan yüz min səsdən 5030 səsi “Aztelekom” İB-nin gəncləri göndəriblər, Göygöl və Yardımlı rayonlarında kimsəsizlər evinə maddi yardım göstərilib, qanvermə aksiyası təşkil olunub. Velosiped və digər idman yarışlarında fəal iştirak etmişik. YAP Gənclər Birliyinin xətti ilə təşkil olunmuş Yay-qış məktəbində gənc mütəxəssislərimiz nümunəvi iştirak ediblər. 5 nəfər gəncimizə YAP Gənclər Birliyinin təşəkkürnaməsi verilib”.
Tədbirdə “Aztelekom” İstehsalat Birliyinin Həmkarlar təşkilatının sədri Bəylər Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr sektorunun baş məsləhətçisi Vüsalə Niftəliyeva, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini - Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Birliyin gənc mütəxəsslərindən Aysel Həsənli, Mehriban Mirzəyeva, Yevlax Telekommunikasiya Qovşağının “Marketinq Qrupu”nun rəhbəri Taleh Qurbanov və başqaları çıxış ediblər. Vurğulanıb ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunədir.
Tədbir “Aztelekom” İB-nin texniki sahədə əldə etdiyi nailiyyətlərin qazanılmasında və qurumun ictimai həyatında fəallıq göstərən gənclərə “Fəxri Fərman”ların təqdim olunması ilə yekunlaşıb.
NURLAN
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15

