Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni tədris və yataqxana korpusunun təməli qoyulub
03.09.2014 [10:08]
Sentyabrın 2-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuş Xüsusi Məktəbinin yeni tədris və yataqxana korpusunun təməlqoyma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Sərhəd Xidmətinə göstərdiyi diqqət və qayğıdan danışıb. O, bildirib ki, Xidmətin Xüsusi Məktəbinin miqyası getdikcə genişlənir. Məktəbin əvvəlki korpuslarında şagirdlərin qəbul edilməsi imkanı 140-150 nəfər idisə, yeni korpus istifadəyə verildikdən sonra artıq 400-dən çox şagirdi qəbul etmək imkanı yaranacaq. E.Quliyev qeyd edib ki, Azərbaycan gəncliyi vətənpərvər ruhda tərbiyə olunmalıdır və bunun üçün dövlət tərəfindən hər cür şərait yaradılır. O, Dövlət Sərhəd Xidmətinin reallaşdırdığı layihələrə, gördüyü işlərə daim dəstək verdiyinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov mərasimdə çıxış edərək bildirib ki, Fondun prezidenti Mehriban Əliyeva bir neçə dəfə bu müəssisədə olub, müvafiq tövsiyə və tapşırıqlarını verib. Bir neçə ildir ki, Heydər Əliyev Fondu ilə Dövlət Sərhəd Xidmətinin birgə əməkdaşlıq etdiyini deyən A.Ələkbərov bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə və yeni layihələrin reallaşdırılacağına əmin olduğunu bildirib. O, vurğulayıb ki, inşa olunan bu müəssisə bütün Azərbaycan gənclərinə xidmət edəcək.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, bu müəssisə Nazirlər Kabinetinin qərarı ilə 2011-ci ildə Dövlət Sərhəd Xidmətinin balansına verilib. Şagirdlərin daha yüksək səviyyədə təhsil almaları üçün Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbdə yenidənqurma və əsaslı təmir işləri həyata keçirilib və istifadəyə verilib.
Bildirilib ki, Azərbaycanda təhsilin inkişafına mühüm önəm verilir və bu sahədə daha böyük inkişafa nail olmaq dövlət siyasətinin prioritetlərindən biridir. Artıq gənclərimiz dünya standartlarına cavab verən təhsil müəssisələrində təhsil alırlar, hətta ən ucqar kəndlərdə belə Heydər Əliyev Fondunun dəstəyi ilə yeni təhsil ocaqları tikilir, əhalinin istifadəsinə verilir.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun və Dövlət Sərhəd Xidmətinin birgə layihəsi olan yeni korpusun yerləşdiyi ərazinin sahəsi 4,2 hektardır. Tikintinin ümumi sahəsi 10367,9 kvadratmetrdir. Dördmərtəbəli binada 18 sinif şagirdlərin ixtiyarına veriləcək. 420 şagird yerlik kimya, biologiya və fizika fənləri üzrə ixtisaslaşdırılmış siniflərdən təşkil olunmuş yeni tədris və yataqxana korpusu müasir tələblərə uyğun layihələndirilib. Binada Heydər Əliyev Muzeyi, 220 yerlik akt zalı, 25 metr uzunluğunda üzgüçülük hovuzu, 420 yerlik yataqxana, yeməkxana və trenajor zalları olacaq.
Sonra məktəbin şagirdləri tərəfindən Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni tədris və yataqxana korpusunun təməli qoyulub.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50

