Xəyanətkar “Milli şura”nın bəyanatı müxalifətin etirazına səbəb oldu
20.02.2015 [00:32]
Düşərgə təmsilçiləri AXCP rəhbərliyini “xəstə” adlandırdı
İllərdir Azərbaycanın siyasi arenasında “radikal” ayamasını öz adının qarşısına möhürləyərək fərqli xarici maraqların danışan dilinə və əlaltısına çevrilmiş düşərgə təmsilçilərinin fəaliyyəti birmənalı olaraq Azərbaycanın milli mənafeyinə qarşı yönəlib. Milli birliyin daha da gücləndirilməsinə, siyasi və iqtisadi sabitliyin qorunub saxlanmasına, dövlətçilik və millət maraqlarına xidmət edən siyasi kursun davamlılığına qarşı “cəbhə” açmış radikal kəsimin əsas fəaliyyət sferası ermənipərəst xarici mərkəzlərin sifarişləri əsasında formalaşır. Bu mənada onların ölkədə günü-gündən güclənən vətəndaş birliyinə qarşı təhdid dili ilə danışması, iqtidar-müxalifət dialoqunun aparılmasını “özünəməxsus” şəkildə manipulyasiya predmetinə çevirməsi ölkənin milli problemlərinin müzakirəsinə qatılmamaqla öyünməsi heç də təsadüfi deyil.
Bu cür xəstə psixologiyaya malik, adını “müxalifət” qoysa da, faktiki olaraq xalqa və dövlətçiliyə qarşı düşmən mövqedə dayanmış azlıq üçün şəxsi mənfəətləri və ermənipərəst dairələrdən alacaqları maddi təminat əsas məqsəd hesab olunur. AXCP və bu partiyanın sədri Əli Kərimlinin nəzarətindəki qondarma “Milli şura”, o cümlədən, Müsavat Partiyası hər zaman hansı “ideologiyaya” qulluq göstərdiklərini əyani şəkildə cəmiyyətə nümayiş etdirirlər. AXCP-nin və Müsavat Partiyasının özünü “real müxalifət” adlandırması, düşərgə sərhədlərini yalnız özləri ilə çərçivələməsi, məsələlərə “mənim olmadığım dialoq dialoq deyil” təfəkkürü ilə yanaşması, digər müxalifət partiyalarını özünün “yedəyi” qismində təqdim etməsi artıq ənənəyə çevrilib. Bu mənada siyasi partiyaların sonuncu görüşü ilə bağlı radikal qruplaşmaların ortaya qoyduğu mövqe də fərqli sayıla bilməz. AXCP və “Müsavat” həmin görüşə qatılmamaqla qalmayıb, orada iştirak edən siyasi təşkilatları və onların rəhbərlərini də təhqirlərə məruz qoyublar.
Görüşdə iştirak edən siyasi təşkilatların rəhbərləri isə antimilli ünsürlərin bu cür dağıdıcı mövqeyinə sərt cavab veriblər. Məsələn, KXCP sədri Mirmahmud Mirəlioğlu “Milli şura”da təmsil olunanların öz ətraflarındakı şəxslərə yalan məlumat verdiklərini, guya, həmin görüşə dəvət edildiklərini, amma getmədiklərini söylədiyini bildirib.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə “Milli şura”nın bəyanatını “quyruq acısı” adlandırıb. Həmin şəxslərin siyasətə hakimiyyətdən getdikdən sonra bir təşkilat olaraq gəldikləri dönəmdən bu yana hamının onlara dediyi “siz müxalifət deyilsiniz”in acısını bu gün digərlərindən çıxardıqlarını bildirən İ.Ağazadə belə yanaşmanın ayıb olduğunu söyləyib: “Mən dünyada bircə nəfər də olsun ağlı başında olan adam tanımadım ki, müxalifət olmaq uğrunda savaşsın. Adam bu cür xəstəliyə tutularmı heç? Təəssüf edirəm, yazığım gəlir. Bu qədərmi ədalətsiz olub cəmiyyətə ədalət aşılamaq barədə düşünürlər?! Onlar bu cür ciddi xəstəliyə düçar olublar. Vallah, çox səmimi deyirəm. Əlimdə imkanım olsa o insanları müalicə edərdim. Sadəcə, müalicəsi mümkün deyil. Xəstəlikdir bunlar, ciddi xəstəlikdir. Bir adam da tapılmır ki, bunları bir oturda qarşısına, deyə “bala, yazıqsınız özünüzü məhv eləməyin”. Yazıqlar olsun. Adamlar gözümüzün qarşısında məhv olur. Bu xəstəliyin adını gərək ekspertlər bildirə”.
ADP sədri Sərdar Cəlaloğlu isə “Milli şura”nın müxalifətçiliyini İŞİD-lə, Ukraynada döyüşən üsyançılarla müqayisə edib. O bildirib ki, “İŞİD” də özünü Suriyada hakimiyyətə qarşı əsas müxalifət elan etmişdi, Ukraynada mərkəzi hakimiyyətə tabesizlik nümayiş etdirib silahlı mübarizə aparanlar da özlərini müxalifət hesab edir: “İndi gəlin görək, “İŞİD”in müxalifliyi Suriya dövlətinə və xalqına xeyir gətirdi?! “Milli şura”nın və AXCP-nin müxalifət olmağı indiyə qədər bu xalqa nə verib?! Bir müsbət nə isə verib?! 20 ildir sən Azərbaycan müxalifətinin önündə getdiyini bəyan edirsən, 20 ildir Azərbaycan müxalifəti uduza-uduza gedir. Sənin müxalifətçiliyin budursa, kimə lazımdır belə müxalifətçilik!? Bu xalq səni 20 ildir görür, alovlu taftalogiyadan ibarət nitq söyləmək xalqa xidmət etmək deyil”.
Göründüyü kimi, bu şəxslərin “boş laflardan”, xarici sifarişlər əsasında fəaliyyətdən ibarət “müxalifətçiliyi”, o cümlədən, məxsus olduğu düşərgədə hər kəsi aşağılamaq cəhdləri artıq öz düşərgədaşları tərəfindən tənqid edilir. “Müxalifətçiliyi” yalnız ermənipərəst dairələrdən pul almaqla Azərbaycan dövlətinə və xalqına qarşı şər-böhtan kampaniyası aparmaq kimi xarakterizə edən bu azlıq hələ də dərk etmir ki, artıq onların bütün maskaları yırtılıb, Azərbaycan cəmiyyəti ilə yanaşı, vaxtilə “müttəfiq” adlandırdıqları partiyalar belə onların əsl simasını, hansı “məzhəbə” qulluq göstərdiklərini görür. Deyəsən, AXCP və onun kimiləri illərdir ki, güzgüyə baxmaqdan imtina ediblər...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15

