Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Dərmanların qiymətinə hökumət nəzarət edəcək

Dərmanların qiymətinə hökumət nəzarət edəcək

03.03.2015 [09:55]

Azərbaycanda yaxın vaxtlarda dərmanların qiymətinə hökumət nəzarət edəcək. AZƏRTAC xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
Baş nazirin müavini bildirib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Nazirlər Kabineti tərəfindən müvafiq qaydalar hazırlanandan sonra qiymətlər Tarif Şurası tərəfindən təyin olunacaq.
Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti dərmanların vahid qiymətlə satılması üçün müvafiq işlər görür. Aidiyyəti qurumların əməkdaşları apteklərdə müntəzəm olaraq monitorinqlər aparırlar. Məqsəd Azərbaycanda satılan dərman vasitələrinin həm keyfiyyətinə nəzarəti ciddi şəkildə artırmaqdan, həm də onların qiymətinin süni surətdə artırılmasının qarşısı almaqdan ibarətdir.

Paylaş:
Baxılıb: 2109 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31