Kimlər Həccə gedə bilməz?
08.06.2022 [10:16]
Yeni qaydalar narazılığa səbəb oldu
Y.BAYRAMOVA
Bu il Azərbaycandan Həcc ziyarəti üçün səfər etmək istəyənlərin sənəd qəbulu başa çatıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirinin verdiyi məlumata görə, artıq siyahıyaalma və qruplaşma prosesi gedir. Şöbə müdiri bildirib ki, yaxın günlərdə həmin şəxslərə vizaların verilməsinə başlanılacaq.
QMİ rəsmisi qeyd edib ki, bütün kvota dolub. Onun sözlərinə görə, 16 qrup olacaq. Hər təyyarədə 4 qrup olacaq ki, hər qrupda da 45-ə yaxın zəvvarın olması planlaşdırılır. Səfər üçün 4 təyyarə ayrılacaq. İlk zəvvar qrupunun səfəri iyunun 29-da baş tutacaq. Növbəti səfərlər iyunun 30-u, iyulun 1-i və 2-də olacaq.
Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir. Eyni zamanda əvvəlki illərdən fərqli olaraq bu il xarici ölkə vətəndaşları Azərbaycandan Həcc ziyarətinə gedə bilməyəcək.
Həcc ziyarətinə tətbiq edilən yaş məhdudiyyəti ölkəmizdə birmənalı qarşılanmayıb, hətta narazılıqlara səbəb olub. Bir çox şəxs yaşla bağlı məhdudiyyətin onların ziyarətə getməsinə mane olduğundan gileylənir.
Yaş məhdudiyyətini QMİ qoymur
QMİ-dən qəzetimizə verilən açıqlamaya görə, bu qərar Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi tərəfindən verilib. İdarə verilən qərara uyğun davranmağa məcburdur: “Çox güman ki, bu, sırf pandemiya dövrünə uyğun verilmiş qərardır. Yaşlı insanları koronavirusdan qorumaq məqsədi daşıyır”.
Qaydalar Səudiyyə Ərəbistanına aiddir
QMİ-nin nümayəndəsi, ilahiyyatçı-alim Samid Quliyev d? “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Həcc ziyarəti üçün qoyulan məhdudiyyətlər pandemiya ilə əlaqədardır: “Ümumiyyətlə, Həcc ziyarətinə getmək müsəlmanlar üçün müəyyən şərtlər əsasında vacibdir. Bu şərtlər ondan irəli gəlir ki, həmin şəxsin maddi durumu buna imkan versin, səfərdə olduğu müddətdə ailəsinin təminatı və sağlamlığı yerində olsun. Hər bir müsəlmanın arzusudur ki, Allahın evində olub Kəbəni görsün. Lakin bu il pandemiya səbəbindən Həcc ziyarəti üçün bir çox məhdudiyyət qoyuldu. Həmin məhdudiyyətlərdən biri də yaş məsələsidir. Əlbəttə ki, bu da Səudiyyə Ərəbistanı dövlətinin qəbul etdiyi qərardır. Həmin qərara əsasən, 30.06.1957-ci il təvəllüdən başlayaraq ziyarətə getmək mümkündür. Yəni həmin şəxs 29.06.1957-ci ildə dünyaya gəlibsə, dövlət sistemi elə qurub ki, biometrik pasport elektron cihaza daxil olduqda həmin şəxslərin ziyarətə getməsi avtomatik olaraq qəbul edilmir. Bununla yanaşı, 2 doza vaksin olması və uçuşdan 72 saat əvvəl PCR testinin verilməsi əsas şərtlərdən biridir. 680 nəfərlik kvotanın tez dolmasının əsas səbəblərindən biri, pandemiyadan əvvəl bəzi insanların həm sənədlərini, həm də səfər üçün ödədikləri vəsaiti geri almamaqlarıdır. Həmin şəxslər istədilər ki, yollar nə zaman açılsa, yenidən ziyarətə getsinlər. Bu baxımdan onların növbəsi çoxdan müəyyən edilmişdi”.
S.Quliyevin sözlərinə görə, builki Həcc ziyarəti üçün yaş məhdudiyyətinin olması QMİ tərəfindən tənzimlənmir: “Qoyulan qayda-qanunlar Səudiyyə Ərəbistanına daxil olan zəvvarlara şamil olunur. Ona görə də qanunlar Səudiyyə Ərəbistanı dövlətinin qanunlarıdır.
Təbii ki, qeyd olunan məhdudiyyətlər pandemiya ilə əlaqəli olduğu üçün inanırıq ki, gələcəkdə daha çox zəvvarlara yer ayrılacaq və yaş məhdudiyyəti əvvəllər olduğu kimi yenidən aradan qaldırılacaq”.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

