Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Bayden Rusiyadan uran idxalını qadağan edən qanun imzalayıb

Bayden Rusiyadan uran idxalını qadağan edən qanun imzalayıb

14.05.2024 [11:01]

ABŞ prezidenti Co Bayden Rusiyadan ABŞ-a uranın idxalını qadağan edən qanunu imzalayıb. "Yeni Azərbaycan" xəbər verir ki,  bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan məlumat verib.

Onun sözlərinə görə, həyata keçirilən tarixi tədbirlər silsiləsi mülki nüvə enerjisi sahəsində Rusiyadan asılılığı azaltmaqla və son nəticədə aradan qaldırmaqla ABŞ-ın enerji və iqtisadi təhlükəsizliyini gücləndirəcək.

Xatırladaq ki, mayın əvvəlində Rosatom Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən ABŞ Konqresinin təsdiq etdiyi qanun layihəsinin bazar üçün dağıdıcı olduğunu bildirmişdi.

ABŞ Senatı aprelin 30-da Rusiyadan uran idxalını qadağan edən qanun layihəsini təsdiqləyib. Qeyd olunur k, təşəbbüs qanunun qəbulundan 90 gün sonra qüvvəyə minəcək. Eyni zamanda, Amerika qanunvericiliyinə 2027-ci ilə qədər qadağanın ABŞ-ın milli maraqlarına cavab verdiyi təqdirdə istisnalara icazə verən müddəa daxildir.

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 783 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30