Avropa Parlamenti Macarıstanın Şengen zonasında iştirakının dayandırılmasını istəyir
05.08.2024 [13:35]
Avropa Parlamenti Budapeştin Rusiya və Belarus da daxil olmaqla, səkkiz ölkənin vətəndaşları üçün viza rejimini yüngülləşdirmək qərarından sonra Macarıstanın Şengen zonasında iştirakının dayandırılması üçün Avropa Komissiyasına müraciət edib.
AZƏRTAC “Politico” nəşrinə istinadla xəbər verir ki, Avropa Parlamentinin Çexiya və Litvadan olan deputatları Danuşe Nerudova və Pyatras Auştryaviçyus Macarıstanın müvafiq qərarının araşdırılması üçün Avropa Komissiyasına məktub göndərib. Məktub müəlliflərinin sözlərinə görə, Budapeştin bu addımı üzv ölkələrin vətəndaşları üçün Şengen zonasının təhlükəsiz məkan rolunu potensial təhlükə altına alır. Deputatların fikrincə, Macarıstan hökuməti öz siyasətini dəyişməsə, Avropa Komissiyası və Avropa İttifaqının bütün üzvləri Budapeştin Şengen zonasındakı mövcudluğunu şübhə altına almalıdır. Məktubda təklif olunan tədbirlər arasında Macarıstan sərhədlərində nəzarətin tətbiqi və bu ölkənin vizalarının tanınmaması da yer alıb.
“Politico” nəşrinin yazdığına görə, sənəddə Belçika və İrlandiyanın sabiq baş nazirləri də daxil olmaqla 70-ə yaxın nüfuzlu siyasətçinin imzası var.
Bir müddət öncə bir sıra Avropa KİV-ləri Macarıstanın bəzi ölkələr, o cümlədən Rusiya və Belarus vətəndaşları üçün viza rejimini yüngülləşdirməyi qərara aldığını yazıb. İyulun 30-da Avropa Komissiyası Macarıstandan bu qərarla bağlı izahat tələb edib. Avqustun 1-də isə Latviya Prezidenti Edqars Rinkeviçs viza güzəştləri səbəbindən Macarıstanın Şengen zonasında iştirakının məhdudlaşdırmasını istəyib.
Qeyd edək ki, Avropa İttifaqının qaydalarına görə, hər bir ölkə miqrasiya siyasətini və onun tətbiqini özü müəyyənləşdirə bilər. Eyni zamanda, Aİ-yə daxil olmayan ölkələrin vətəndaşları ittifaq ərazisinə gəldikdən sonra 27 icma ölkəsinin, həmçinin Norveç və İsveçrənin daxil olduğu Şengen zonasında sərbəst hərəkət etmək imkanına yiyələnir.
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18

