“Yol Xəritəsi” Yaxın Şərq üçün nə vəd edir?
08.08.2024 [12:20]
İlyas Hüseynov: Yaxın Şərqdə sülhün əldə edilməsi təhlükəsizlik üçün təminat olmalıdır
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Qəzza bölgəsində baş verənlər İsrail ilə Fələstin arasında 80 ilə yaxındır ki, davam edən ədavətin bitməsi üçün indiyədək görülən bütün işlərin fiaskoya uğradığını göstərir. Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.
İyulun 31-da İranda HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyənin öldürülməsi isə bölgədə gərginliyi daha da artırıb. İran, HƏMAS və “Hizbullah” hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər. Beynəlxalq ictimaiyyət regionda eskalasiyanın artmasından və miqyasının genişlənməsindən narahatdır. “Böyük yeddilik” (G7) ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri də Yaxın Şərqdə artan gərginlikdən narahatlarını bildiriblər və münaqişə tərəflərini gərginliyin azaldılması üçün əməkdaşlığa çağırıblar. Bu barədə verilən bəyanatda qeyd olunur: “Biz bir daha bütün tərəfləri gərginliyi azaltmaq üçün konstruktiv fəaliyyət göstərməyə çağırırıq”. G7 ölkələrinin xarici işlər nazirləri, həmçinin vəziyyətin daha da gərginləşməsindən heç bir ölkə və ya xalqın fayda görməyəcəyini bəyan ediblər.
ABŞ Dövlət katibi Antoni Blinken isə bildirib ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi Qəzza zolağında atəşkəs razılaşmasına mane ola bilər. Onun fikrincə, atəşkəs müqaviləsinin bağlanmaması üçün heç bir səbəb yoxdur: “Bütün tərəfləri bu işi sona çatdırmağa çağırıram”. Dövlət katibi deyib ki, Vaşinqton İrana və İsrailə birbaşa mesaj göndərib və Yaxın Şərqdəki gərginliyin artmasının fəsadları barədə xəbərdarlıq edib. Blinken ABŞ Müdafiə Nazirliyi ilə birgə keçirdiyi mətbuat konfransında deyib: “Heç bir ölkə bu münaqişəni qızışdırmamalıdır. Biz müttəfiqlər və tərəfdaşlarla intensiv diplomatiya aparmışıq və bu mesajı birbaşa İrana, həmçinin İsrailə çatdırmışıq”.
O, həmçinin ABŞ-ın İsrailin təhlükəsizliyinə dair “dəmir qübbə” öhdəliyini təkrarlayıb və əlavə edib: “Region ölkələri başa düşməlidir ki, gələcək hücumlar yalnız münaqişəni davam etdirəcək, heç kimin proqnozlaşdıra və tam nəzarət edə bilməyəcəyi təhlükəli nəticələrə səbəb ola bilər”.
ABŞ Dövlət katibi Qəzzada atəşkəs danışıqlarında həlledici məqam olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden, Qətər Əmiri Şeyx Tamim Bin Hamad əl Tani və Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında telefon danışıqları olub, hazırda diplomatik proses son mərhələyə çatıb. HƏMAS-ın siyasi qanadının yeni rəhbəri Yəhya Sinvarla bağlı suala cavab verən Blinken deyib: “O, atəşkəsə nail olunması ilə bağlı əsas qərar verən şəxs olub. Bu, həlledici məqamdır. Danışıqlar son mərhələyə çatıb və biz inanırıq ki, tərəflər tezliklə finiş xəttinə çatacaqlar”. Blinken bölgədəki həmkarları ilə bir sıra telefon danışıqlarında İordaniyanın xarici işlər naziri Ayman Safadinin səylərini yüksək qiymətləndirib. Dövlət katibi ABŞ-ın İordaniyaya tam dəstəyini vurğulayıb.
Fələstin Prezidenti Mahmud Abbas isə bəyan edib ki, ölkəsi sülh konfransı çərçivəsində İsraillə yekun statusla bağlı danışıqlara hazırdır. O, Rusiya KİV-inə müsahibəsində deyib: “Fələstin dövləti siyasi baxış formalaşdırıb və 6 ərəb dövləti tərəfindən təsdiq edilərək baxılmaq üçün ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edilmiş yol xəritəsi hazırlayıb. Bu xəritənin əsasını İsrailin Qəzza zolağında mövcudluğunun dayandırılmasını nəzərdə tutan hərtərəfli siyasi həll təşkil edir”. M.Abbas qeyd edib ki, təqdim olunan həll yolu “müəyyən vaxt qrafikinə uyğun olaraq beynəlxalq sülh konfransı çərçivəsində İsraillə yekun statusla bağlı danışıqlara başlamağı və regional təhlükəsizlik mexanizminin işlənib hazırlanmasını nəzərdə tutur. Bu həll çərçivəsində Fələstin Milli Administrasiyası Qəzza zolağında öz funksiyalarını yerinə yetirməyə hazırdır və İsrailin İordan çayının qərb sahilində, o cümlədən, Qüdsdə bütün birtərəfli düşmənçilik hərəkətlərinə son qoyulmasını tələb edir.
Mahmud Abbasın bəhs etdiyi “Yol Xəritəsi” reallığa çevrilə bilərmi?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, İkinci Dünya müharibəsindən sonra İsrail və Fələstin dövlətinin yaradılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsi qəbul olunub. İsrail dövləti yaradılsa da, Fələstinlə bağlı məsələ həllini tapmadı. Bu problem davam edir və ərazi münaqişəsi səngimir. Onun sözlərinə görə, hazırda müharibə humanitar fəlakətə səbəb olub. Ötən ilin oktyabrından Qəzzada davam edən qanlı toqquşma on minlərlə insanın ölümü və böyük dağıntılarla nəticələnib.
HƏMAS-la İsrail arasında gedən müharibənin arealının genişləndiyini deyən politoloq qeyd edib ki, İran və “Hizbullah” qruplaşmasının müharibəyə qoşuması ehtimalı artır: “HƏMAS-ın siyasi qanadının rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi vəziyyəti daha da gərginləşdirib. ABŞ-da Donald Trampın prezidentliyi dövründə Yaxın Şərqdə bir açılımın icra olunması prosesi gedirdi. Amma sonra hər şey kökündən dəyişdi. İndi də regionda sabitliyin təmin olunması üçün müxtəlif təşəbbüslər var ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Yaxın Şərqdə iki dövlətin yaradılması, birgə yaşayışın təmin olunması üçün plan icra olunsun. Bu, bəşəriyyətin mütərəqqi kəsiminin əsas istəyidir. Düşünürəm ki, bu baxımdan Mahmud Abbasın irəli sürdüyü təşəbbüs dəstəklənməlidir. Çünki məhz “iki dövlət” prinsipi əsasında bölgədə sülhün və təhlükəsizliyin təmin olunması əsas şərtdir. Yaxın Şərqdə sülhün əldə olunması və təhlükəsizlik üçün təminat olmalıdır. Bunun üçün tərəflər masa arxasında oturub razılığa gəlməlidir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

