Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ Ukraynadan imtina edir?

ABŞ Ukraynadan imtina edir?

22.08.2024 [09:14]

ABŞ Rusiyanı zəiflətmədiyi və onu cilovlamaq vəzifəsini yerinə yetirmədiyi üçün Ukraynadan imtina edir. "Yeni Azərbaycan" xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skot Ritter Redacted verilişində deyib.

“Biz Ukraynanı kənara atırıq, çünki ABŞ-ın Rusiyanı məhv etmək məqsədi iflasa uğrayıb. Hərbi əməliyyatlar uzandı, çünki ABŞ Ukraynaya sülh əldə etməyə imkan vermədi, çünki biz Ukraynanın dostu deyilik”, - deyə hərbi analitik bildirib.

Ritter ABŞ-ın beynəlxalq arenada yalnız faydalı olan qurumlardan istifadə etdiyini də vurğulayıb. onun fikrincə, Kiyev belə deyil.

Xatırladaq ki, bundan əvvəl Ritter Şimali Atlantika Alyansını Rusiya ərazisinə müdaxilə etməkdə ittiham edib. O, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olmasını NATO mütəxəssislərinin koordinasiya etdiyini vurğulayıb. Ritter həmçinin qeyd edib ki, Rusiya ordusu mövcud vəziyyətdən nəticə çıxarır və gələcəkdə bu dərsdən mütləq istifadə edəcək.


Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 616 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30