Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Polşanın Baş naziri Almaniyaya səfərini ləğv edib

Polşanın Baş naziri Almaniyaya səfərini ləğv edib

10.09.2024 [11:57]

Polşanın Baş naziri Donald Tusk bu həftənin sonunda Almaniyaya planlaşdırılan səfərini ləğv edib.

AZƏRTAC Euractiv portalına istinadla xəbər verir ki, Tusk “demokratiyanın, söz və mətbuat azadlığının, eləcə də Avropa anlaşmasının gücləndirilməsinə sadiq olan şəxslərə” verilən M100 Media Mükafatını almaq üçün Potsdama getməli idi. Ancaq son anda o, daxili öhdəliklərini əsas gətirərək səfəri ləğv edib və indi onun əvəzinə Almaniyaya ədliyyə naziri və baş prokuror Adam Bodnar gedəcək. Tuskun şərəfinə çıxış etməli olan Almaniya kansleri Olaf Şoltsun da mərasimdə iştirak etməyəcəyi bildirilir.

Polşa Baş nazirinin ofisi portalın sorğusuna cavab vermədiyi üçün Donald Tuskun Almaniyaya səfərini ləğv etməsinin dəqiq səbəbi və səfəri ilk olaraq kimin ləğv etdiyi bəlli deyil. Bununla belə, Euractiv qeyd edir ki, son həftələr Polşa-Almaniya münasibətlərində soyuqluq daha da artıb. Portalın mənbələrə istinadla verdiyi məlumata görə, münasibətlərin pisləşməsinin əsas səbəbi “Şimal axını” və “Şimal axını 2” boru kəmərləri ilə bağlı vəziyyətdir.

Paylaş:
Baxılıb: 682 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30