/ / Kanakların Bəyanatı: Fransanın Yeni Kaledoniyada törətdiyi hadisələr Əlcəzair müharibəsi zamanı yerli əhaliyə qarşı rəftarı xatırladır
Kanakların Bəyanatı: Fransanın Yeni Kaledoniyada törətdiyi hadisələr Əlcəzair müharibəsi zamanı yerli əhaliyə qarşı rəftarı xatırladır
24.09.2024 [23:39]
Bu il mayın 13-dən - Yeni Kaledoniyadakı indiki hadisələrin başlanğıcından etibarən Fransa bu uzaq ərazidə köhnə müstəmləkə kabusunu yenidən canlandırmağa başlayır. Dövlətin adanın cənubundakı Mont-Dore kommunasında yerləşən Sent-Luis qəbiləsinə münasibəti, təəssüf ki, Əlcəzair müharibəsi zamanı yerli əhaliyə qarşı rəftarı xatırladır. Heç bir xəcalət çəkməyən dövlət qeyri-mütənasib güc münasibətinə baxmayaraq, zərərsizləşdirilməli və susdurulmalı olan 1200 cinayətkarla iş aparırmış kimi davranır.
Tarixinə iz qoymuş qəbiləmiz üç övladının öldürülməsinə layiq idimi? Bu gənclər siyasi ideallarını cəsarətlə müdafiə etdikləri üçün öldürülmüşdü. Əllərində, sadəcə, ov tüfəngləri, daşatma alətləri, ayaqlarında sadə başmaqlar olan bu gənclər GIGN-in (Fransa Milli Jandarması) güllələri altında can verdilər. Görünür, bizim bədbəxtliyimizə görə Yeni Kaledoniya ilə Fransa arasındakı bir neçə min kilometr məsafə özünümüdafiə anlayışını Sakit okeanda öldürmək üçün lisenziyaya çevirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər kanakların yaydıqları bəyanatda yer alıb.
Bəyanatda, həmçinin deyilir: “1981-ci ildə edam edilən müstəqillik lideri Pierre Declercqin sui-qəsdçilərinin peşman olmadıqları görünür. Buna görə də dövlətin üç gənc kanakı güllələmək üçün bu qədər vasitəni işə salmağa vadar edən səbəblərini sorğulamaq haqqımızdır. Daha narahatedici məqam isə hələ də sağ olan qəbiləmizin gənclərindən, qardaşlarının eyni aqibəti ilə üzləşməmək üçün hakimiyyətə təslim olmalarının tələb edilməsidir. Hər kəs bilir ki, belə kiçik ərazidə onlar istənilən anda yaxalanıb həbs oluna bilərlər.
Beləliklə, Sent-Luis adasında ədalətin qeyri-adi sürətlə “bərpa olunmasına" çalışırlar. Halbuki hakim Claire-Marie Casanovanın dediyi kimi, “ədalət heç vaxt zamanında yerində deyil, heç zaman vaxtından əvvəl olmayıb, həmişə gecikməsi ilə tənqid edilib”. Bəs niyə qəbiləmizin hüquqi məsələlərində birdən-birə bu tələsiklik var? Bu suala cavab tələb olunur, çünki dövlətin bu məsələdəki həqiqi motivləri ilə bağlı şübhələrimiz var.
Əminliklə bildiyimiz tək şey budur ki, bu dövlət üçün nə hüquqa hörmət edilməsi, nə də insan həyatlarının itirilməsi onun ilahi missiyasını yerinə yetirməyinə əngəl törətmir. Buna əmin olmaq üçün, sadəcə olaraq, bizim yollarımızda qanunsuz şəkildə dövr edən hərbi avtomobillərin sayının artmasını müşahidə etmək kifayətdir. Sanki qəbiləmizin ətrafında Sakit okeanın "Berlin divarı"nı tədricən yüksəldirlər. Torpaqlarımız blokadaya alınıb, əhalimiz aclıq çəkir və gənclərimiz öldürülür. Biz artıq yerli məhkəmədən heç nə gözləmirik. Ona məcburən müraciət edirik, amma onun ədalətsiz qərarları güclüləri qoruyur, zəifləri əzir və bizi anlaşılmazlığın dibinə salır.
Biz Sent-Luis qəbiləsinin istəmədən də olsa, dövlət tərəfindən təşkil edilmiş dəhşətli bir oyunun mərkəzində olduğuna əminik. Burada qurbanlar dövlət tərəfindən təşkil olunan təbliğat vasitəsilə cəllad kimi təqdim edilir və beləliklə, müstəmləkə nizamını qorumağa çalışırlar.
Əgər Sent-Luisdəki hazırkı sistem dövlətin bütün ərazini nəzarətdə saxlamaq iddiası üçün bir “qəza testi” kimi təsvir edilirsə, bilsin ki, bütün bir qəbiləni şəhid etmək bəlkə də Kanakın müstəqillik arzusunu boğmaqdan daha asan olacaq”.
Bəyanatı Qəbilə klan başçıları Şurasının sədri Eugene Decoire və şuranın üzvü Yohann Vamytan imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53

