Türkiyəli ekspert Ankaranın BRICS ilə yaxınlaşmasının səbəblərini açıqlayıb
30.09.2024 [09:49]
“BRICS Plus” platformasının perspektivləri olduqca müsbətdir. Bu günədək dünyanın 40-a yaxın ölkəsi, o cümlədən Azərbaycan və Türkiyə bu birliyə qoşulmaq və ya onunla fəal dialoq aparmaq istəyini bildirib.
AZƏRTAC xəbər verir ki, bunu Aydın Universitetinin professoru Tarık Oğuzlu Ankaranın Kazanda keçiriləcək BRICS sammitinə dəvətini şərh edərkən deyib.
Onun sözlərinə görə, BRICS ölkələrinin qlobal iqtisadiyyatdakı çəkisi tezliklə Qərbin payını üstələyəcək.
Oğuzlu diqqəti Çin və Rusiyanın ABŞ-ın qlobal hegemonluğunu tanımaq istəməməsinə, eləcə də BRICS-ə üzv olan digər ölkələrin qlobal dövlətlər ailəsində “layiqli yer və nüfuz” əldə etmək istəyinə yönəldib. “BRICS-in hələ məsələn, Avropa İttifaqı kimi mexanizmləri və institusional bazası olmasa da, ideoloji birlik mövcuddur. BRICS ideyası ilə birləşdirilən ölkələr, digər məsələlərlə yanaşı, Qərbin öz siyasi dəyərlərini və insan hüquqlarına baxışını zorla tətbiq etməsinə qarşı çıxır. Qlobal çoxqütblülük və daha çox sayda qlobal aktorun mövcudluğu tendensiyası var”, - deyə türkiyəli ekspert bildirib.
Aydın Universitetinin professoru qeyd edib ki, Türkiyə çoxvektorlu xarici siyasətində eyni vaxtda bir neçə istiqamətdə və platformada dialoqa can atır. “Ankaranın BRICS ilə dialoq istəyi iki amillə bağlıdır. Birincisi, Türkiyə qlobal oyunçular arasında alternativ platformalar tapmağa və balanslaşdırılmış siyasətə can atır. İkincisi, Ankara Qərblə əlaqələrlə bağlı bir sıra məsələlərdə açıq şəkildə məyusdur”, - deyə ekspert bildirib.
Professor buna misal olaraq Türkiyənin Aİ-yə daxil olması ilə bağlı dialoqdakı faktiki böhranı göstərib: “2016-cı ildən Ankaranın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların bir bəndi belə açılmayıb, 2019-cu ildən isə bu məsələ ilə bağlı dialoq ümumiyyətlə dayandırılıb. Türkiyə-Aİ Gömrük İttifaqı ilə bağlı razılaşma yenilənmir və Türkiyə vətəndaşları üçün viza rejiminin yüngülləşdirilməsi üçün heç bir addım atılmır”.
Oğuzlunun sözlərinə görə, Ankaranın Aİ-yə münasibəti getdikcə daha praqmatik xarakter alır.
Ekspert Türkiyənin NATO-dakı müttəfiqləri ilə, xüsusən də ABŞ-la fikir ayrılığına da toxunub: “Ankara və Vaşinqtonun Suriya, Ukrayna və ya İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı mövqeləri ciddi şəkildə fərqlənirdi. Qərb və Türkiyənin də terrorla, o cümlədən PKK terrorçuları ilə mübarizədə ortaq baxışı yoxdur. Bütün bunlar Ankaranı uzaqlaşdırır. Baxmayaraq ki, bu, Qərblə əməkdaşlıq kursundan imtina deyil”.
Aydın Universitetinin professoru istisna etməyib ki, yeni geoiqtisadi və geosiyasi təsir vasitələrinə çıxış əldə etmək üçün Ankara gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq imkanını da nəzərdən keçirə bilər.
Xəbər lenti
Hamısına baxElm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54

