Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb

Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb

06.10.2024 [09:41]

Respublikaçılar Partiyasının ABŞ prezidentliyə namizədi Donald Tramp iyulda ona qarşı sui-qəsd cəhdi baş verdiyi yerdə seçicilərlə yenidən görüş keçirib.

AZƏRTAC-ın məlumatına görə, o, Pensivaniya ştatının Batler şəhərində kürsüdən çıxışı zamanı əvvəlcə seçiciləri ilə birlikdə iyul hadisəsində həyatını itirmiş Kori Kompratorun xatirəsini sükutla yad edib.

“Bu axşam o faciədən sonra Pensilvaniya sakinlərinə və Amerika xalqına sadə bir mesajı çatdırmaq üçün Batlerə qayıdıram. Amerikanı yenidən güclü etmək hərəkatımız daha güclü, daha qürurlu, daha mütəşəkkil, daha qətiyyətli və qələbəyə həmişəkindən daha yaxındır”,- deyə Tramp çıxışında bildirib.

Qeyd edək ki, Pensilvaniya ABŞ-da ən böyük seçici sayına malik və prezident seçkilərində həlledici ştatlardan biridir.

Paylaş:
Baxılıb: 704 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30