Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İki isveçli Danimarkada terror cinayətlərində şübhəli bilinir

İki isveçli Danimarkada terror cinayətlərində şübhəli bilinir

06.10.2024 [10:08]

İsrailin Kopenhagendəki Səfirliyinin yaxınlığında baş vermiş partlayışdan sonra terror aktlarında şübhəli bilinən iki isveçli polisin keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində saxlanılıb.

AZƏRTAC xəbər verir ki, 16 və 19 yaşlı yeniyetmələrin əllərində 5 qumbara olub, onlardan ikisi səfirliyin yaxınlığında atılıb.

Prokuror Soren Harbonun sözlərinə görə, saxlanılanlar müstəqil hərəkət etməyiblər. Yeniyetmələr Stokholmda yaşayır və əvvəllər ağır cinayətlərdə şübhəli bilinməyiblər və heç vaxt məhkum olunmayıblar. Danimarka polisi İsveç və Almaniya ilə sərhədlərdə nəzarəti gücləndirmək qərarına gəlib. Tədbirlər “həyat üçün təhlükəli cinayətlərin” qarşısının alınması məqsədilə nəqliyyat vasitələrinin və sərnişinlərin təsadüfi yoxlanılması yolu ilə həyata keçirilir.

“Son hadisələr, təəssüf ki, Danimarkada terror təhlükəsinin ciddi olduğunu təsdiqləyir. Biz vəziyyəti diqqətlə izləyirik, ümumi təhlükəsizliyə təhdidi qiymətləndiririk və daim lazımi tədbirlər görürük”, - deyə polis rəisi Peter Ekebyerq bildirib.

Digər 19 yaşlı İsveç vətəndaşı da saxlanılıb, lakin sonra sərbəst buraxılıb və o, artıq şübhəli şəxs hesab edilmir.

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30