Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Olaf Şolts İstanbulda Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq

Olaf Şolts İstanbulda Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq

11.10.2024 [15:29]

Almaniya Kansleri Olaf Şolts oktyabrın 19-da İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Volfqanq Byuhner jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Kansler Olaf Şolts gələn həftənin sonunda Türkiyəyə səfər edəcək və oktyabrın 19-da İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək”, - deyə o bildirib.

Məlumata görə, danışıqlarda Ukraynadakı müharibə, Yaxın Şərqdəki vəziyyət və miqrasiya problemi müzakirə olunacaq. Görüşdən sonra mətbuat konfransının keçiriləcəyi planlaşdırılır.

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30