Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyənin maliyyə naziri: Hökumətin prioriteti yaşıl transformasiya və yüksək texnologiyalardır

Türkiyənin maliyyə naziri: Hökumətin prioriteti yaşıl transformasiya və yüksək texnologiyalardır

15.10.2024 [18:14]

Türkiyə hökuməti üçün prioritet yaşıl transformasiya və yüksək texnoloji məhsulların istehsalına diqqəti cəlb etməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek yerli telekanallardan birinin efirində bildirib.

Şimşek hökumətin yerli və xarici kreditlərin cəlb edilməsi hesabına 284 növ yerli məhsulun hazırlanması və istehsalını stimullaşdıracaq siyahını müəyyənləşdirdiyini elan edib.

Maliyyə naziri bildirib ki, artıq 2030-cu ilə qədər olan dövrdə 30 növdə məhsul istehsalının dəstəklənməsinə 30 milyard dollar vəsait ayrılacaq. “Bütün bunlar Türkiyənin ticarət kəsirinin uzunmüddətli azalmasına töhfə verəcək. Bu layihələr sayəsində ölkənin onsuz da müsbət olan ticarət saldosunu müzakirə edəcəyik”, - deyə nazir əmin edib.

Şimşek ölkədə inflyasiya nisbətlərinin azalmasına diqqət çəkərək, qiymət sabitliyinə doğru tendensiyanın davam edəcəyini bildirib.

Paylaş:
Baxılıb: 623 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30