Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyanın xarici işlər naziri Kiyevə elan olunmamış səfər edib

Almaniyanın xarici işlər naziri Kiyevə elan olunmamış səfər edib

04.11.2024 [14:02]

Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə elan olunmamış səfər edib.

AZƏRTAC xəbər verir ki, Annalena Berbokun səfəri təhlükəsizlik baxımından əvvəlcədən elan olunmayıb. “Almaniya və onun dünyadakı bir çox tərəfdaşı qətiyyətlə Ukraynanın tərəfindədir”, - deyə o, Kiyevdə bildirib.

Almaniyanın energetika sahəsində yardım çərçivəsində Ukraynaya əlavə olaraq 170 milyon avro ayırdığını bildirən Annalena Berbok ölkəsinin hava hücumundan müdafiə təşəbbüsünə də toxunub. Nazir, eyni zamanda, Ukraynanın Avropa İttifaqına həmişəkindən daha yaxın olduğunu deyib.

Bu, müharibənin başladığı vaxtdan bəri Annalena Berbokun Kiyevə səkkizinci səfəridir. O, sonuncu dəfə Kiyevə 2024-cü ilin mayında gəlmişdi.

Qeyd edək ki, Almaniya ABŞ-dan sonra Ukraynaya ikinci ən böyük silah tədarükçüsüdür. İndiyədək Kiyevə hərbi dəstək üçün xeyli vəsait ayıran Berlin gələcəkdə Ukraynanın təxminən 28 milyard avroluq xərclərini də öhdəsinə götürüb. 2025-ci il büdcəsi ilə bağlı razılaşmaya əsasən, Almaniya Ukraynaya hərbi dəstək üçün 4 milyard avro ayıracaq ki, bu da cari illə müqayisədə iki dəfə çoxdur.

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30