HİV infeksiyasına qarşı mübarizədə mühüm irəliləyiş
30.11.2024 [12:15]
HİV infeksiyasına qarşı mübarizədə mühüm irəliləyiş əldə edilib. ABŞ-ın Emori Universiteti və “Grady” Sağlamlıq Sisteminin əməkdaşlarının apardığı tədqiqat nəticəsində, “Lenacapavir” adlı inyeksiya formasında təqdim olunan yeni HİV profilaktikası vasitəsi ildə cəmi iki dozada 96 faizlik yüksək qoruma təmin edir. Bu, gündəlik oral dərmanlarla müqayisədə daha effektiv və asan seçim kimi qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “New England Journal of Medicine” jurnalında dərc olunub.
Aparıcı müəllif, Emoryi Universitetinin Tibb Məktəbinin professoru Kolin Keley bildirib ki, inyeksiya üsulu ardıcıl dərman qəbulu ilə bağlı çətinliklər yaşayan insanlar üçün əhəmiyyətli alternativdir: “İnsanların yalnız 6 aydan bir qəbul etməli olduğu bu yüksək effektivlik səviyyəsini - demək olar ki, 100 faizə yaxın qoruma təmin etməsini görmək inanılmazdır”.
Üçüncü faza klinik sınaqda “Lenacapavir” qrupunda iştirak edən 2179 nəfərin yalnız iki nəfəri HİV infeksiyasına yoluxub. Bu, gündəlik qəbul edilən “Truvada” dərmanı istifadə edən qrupda (1086 nəfər) doqquz yeni infeksiya ilə müqayisədə əhəmiyyətli üstünlük təşkil edir. İnyeksiyanın tətbiqində ardıcıllıq səviyyəsi oral dərmanlarla müqayisədə daha yüksək olub. Keley gündəlik həb qəbul edən insanların təxminən yarısının il ərzində müxtəlif səbəblərdən dərman qəbulunu dayandırdığını qeyd edərək, inyeksiyanın bu problemi aradan qaldırmaq potensialını vurğulayıb.
Tədqiqatda real həyatda HİV-dən qeyri-mütənasib təsirlənən populyasiyaların təmsil olunmasına xüsusi diqqət yetirilib. Sınaq qrupları ABŞ, Cənubi Afrika, Peru, Braziliya, Argentina, Meksika və Tailand daxil olmaqla 88 müxtəlif məkanda cinsi və etnik müxtəlifliyi əhatə edib.
Gradi Memorial Xəstəxanasının baş tədqiqatçısı Valeriya Kantos bu inklüziv yanaşmanın əhəmiyyətini vurğulayıb. Bildirib ki, xəstəxanamızda diqqət az xidmət alan və həssas əhalinin təmsilçiliyini artırmağa yönəlib. Bu, keçmişdə səhiyyə tədqiqatlarına olan inamsızlığı azaltmaq üçün vacibdir.
ABŞ Federal Dərman Agentliyi tərəfindən nəzərdən keçirilməkdə olan “Lenacapavir” inyeksiyasının 2025-ci ilə qədər kommersiya istifadəsinə təsdiq olunacağı gözlənilir. Emori Universiteti Tibb Fakültəsinin departament rəhbəri Karlos del Rio bu inyeksiyanı “oyun dəyişdirici” müdaxilə kimi qiymətləndirib. O bildirib ki, bu vasitə ağızdan dərman qəbul edə bilməyənlər üçün yeni ümidlər təqdim edir. Çətinlik bu vasitələrin bərabər şəkildə əlçatan olmasını təmin etməkdədir.
Bu irəliləyiş, HİV infeksiyalarının yerli və qlobal miqyasda azaldılması istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

