NYT: Avropadakı siyasi xaos Ukraynaya da təsir edə bilər
19.12.2024 [17:41]
Avropa siyasi xaosun içindədir və bu, Qərb ölkələrinin Ukraynaya dəstəyinə də təsir edə bilər.
AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, Donald Trampın ABŞ prezident seçilməsi və Avropada “siyasi xaos” Ukraynaya verilən dəstəyə təsirsiz ötüşməyəcək.
Köhnə qitədə qeydə alınan “qeyri-sabitlik dalğası” Avropanı liderlikdən məhrum edib və siyasətçilər hazırda iqtisadi problemlərdən tutmuş ifrat sağ populist partiyaların yüksəlişinədək müxtəlif məsələlərlə məşğuldurlar. Bu amil Avropa liderlərini çətin vəziyyətə salıb və onlar Donald Trampın Ukraynadakı vəziyyəti həll etmək barədə təkliflərinə koordinasiyalı reaksiya verə bilmirlər.
Dekabrın 16-da Almaniya parlamentinin üzvlərinin əksəriyyəti növbədənkənar iclasda Olaf Şoltsa etimaddan imtina edərək, növbədənkənar parlament seçkilərinə yol açıblar. Yeni seçkilər Bundestaqın buraxılmasından sonrakı 60 gün ərzində keçirilməlidir. Bir müddət öncə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer 2025-ci il fevralın 23-də növbədənkənar seçkilərin mümkünlüyünü istisna etməyib. Seçkilərin nəticələrinə əsasən yeni hökumət formalaşacaq və yeni kansler seçiləcək.
Eyni zamanda, dekabrın 4-də Fransa Senatı parlamentdən yan keçərək 2025-ci il dövlət büdcəsinin sosial hissəsini qəbul etdiyinə görə Mişel Barnyenin Nazirlər Kabinetinə etimadsızlıq barədə qətnamə qəbul edib. Sentyabrın 5-də Baş nazir təyin edilən 73 yaşlı Mişel Barnye kabineti cəmi 90 gün fəaliyyət göstərərək Beşinci Respublika tarixində ən qısa hökumət olub. Dekabrın 13-də Baş nazir təyin edilən mərkəzçi “Demokratik hərəkat” partiyasının lideri Fransua Bayru isə hələ kabinetini formalaşdırmayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

